![ABŞ-də leysan yağışları daşqınlara səbəb oldu: ölən və itkin düşənlər var ABŞ-də leysan yağışları daşqınlara səbəb oldu: ölən və itkin düşənlər var](https://olke.az/photo/770x415/2023/07/17/1689574490_screenshot_2.jpg)
ABŞ-nin Pensilvaniya ştatının Upper Makefild şəhərində güclü yağışlar daşqınlara səbəb olub.
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə 9 aylıq körpə, 2 yaşlı uşaq və bir qadın olmaqla 3 nəfərin itkin düşdüyü bildirilib.
Milli Hava Xidmətinin (NWS) verdiyi məlumata görə, Nyu-York, Boston və Filadelfiya kimi böyük şəhərlər də daxil olmaqla, Yeni İngiltərə və Orta Atlantik bölgələrinin leysan yağışına səbəb ola biləcək fırtınaların gözlənildiyi bildirilib.