DAŞKƏSƏNDƏ GÜCLÜ LEYSAN VƏ DOLU YAĞIŞLARI TƏBİİ FƏLAKƏTƏ SƏBƏB OLUB

DAŞKƏSƏNDƏ GÜCLÜ LEYSAN VƏ DOLU YAĞIŞLARI TƏBİİ FƏLAKƏTƏ SƏBƏB OLUB


İyunun 10-nu saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağışları əsasən rayonun Çanaqçı, Suqovuşan, Almalı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə,əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasınaciddi ziyan vurub, bir sıra fəsadlar törədib.

Sel suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdaraq aparıb. Alaxançallı kəndi ərazisində isə sel suları 4 körpünü dağıdıb, körpülər dağıldığı üçün rayonla kəndlər arasında olan əlaqələr kəsilib, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, 4 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan yoxdur.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər