Mahmud Bağırov: Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Masallı Rayon 47 - saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Masallı Rayon 47 - saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov - Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır və dinamik inkişaf edir. İndi dünyada proseslər mənfi istiqamətdə gedir, ancaq buna baxmayaraq, son illər Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Dünya dövlətlərinin əksəriyyətində yaşanan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Yaxşı haldır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.

Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsil mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu Öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.

Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə bəyan edir, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır və Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcəkdir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır. Bərpa proseslərinə işğaldan azad olunmuş bütün rayonlara avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu işlər sürətlə davam etdirilir.

Lürən kəndində mərkəzi yol təmir olunur
Mahmud Bağırov: Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur

Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən 47 saylı Yol İstismarı idarəsi tərəfindən rayonun Lürən kəndində ümumi uzunluğu 1800 metr olan mərkəzi yolun yararsız vəziyyətə düşmüş müxtəlif hissələri asfalt materialı ilə təmir olunur.

Mahmud Bağırov: Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur

Həsənli kəndində asfaltlanma işləri
Mahmud Bağırov: Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur

Masallı rayonunun Həsənli kəndində asfaltlanma işləri həyata keçirilir.

Belə ki, 47 saylı Yol İstismarı idarəsi tərəfindən rayonun Həsənli kəndində ümumi uzunluğu 2300 metr olan mərkəzi yola asfalt örtüyünün döşənməsinə başlanılmışdır. Artıq yolun 1000 metrlik hissəsinə asfalt örtüyü döşənmişdir. Ərazidə asfaltlanma işləri davam etdirilir.
Mahmud Bağırov: Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur
Mahmud Bağırov: Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur
Mahmud Bağırov: Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər