DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB


İyunun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Zəylik kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev giriş nitqində diqqətə çatdırıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Daşkəsən rayonunun bütün yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları mütəmadi olaraq keçirilir, yerlərdə sakinləri narahat edən məsələlər ətraflı araşdırılaraq aidiyyəti qurumlarla birgə həll edilir.

Dövlət Proqramlarının Daşkəsəndə də uğurlu icrasından danışan Əhəd Abıyev qeyd edib ki, ötən dövrlərdə rayon mərkəzində və kəndlərdə xeyli abadlıq, tikinti və quruculuq işləri aparılmış, mühüm sosial infrastruktur layihələri icra olunmuşdur.

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının uğurla davam etdirildiyini və yüksək nailiyyətlərin əldə olunduğunu vurğulayan icra başçısı Əhəd Abıyev rayonda sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib.

Sonra Zəylik kənd sakinlərinin müraciətləri dinlənilib. Əhəd Abıyev sakinləri narahat edən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində müsbət həll edilib və bir qismi də araşdırılması üçün nəzarət götürülüb.

Qəbulda iştirak edən Zəylik kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Sonra günün ikinci yarısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Quşçu körpüsü qəsəbəsində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev giriş nitqində deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, yerlərdə problemlərin həll edilməsi ilə bağlı tapşırıqları Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğı rayonumuzun bütün sahələrində öz əksini tapır”.

İcra başçısı Əhəd Abıyev çıxışında ötən dövrlərdə Quşçu körpüsü qəsəbəsində görülən işlərdən danışıb. Bildirib ki, qəsəbədə qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsindən ötrü 16 mənzilli tam müasir yaşayış binası tikilərək onların istifadəsinə verilmiş, yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik təchizatı yenidən qurulmuş, sakinlərin məşğulluğunun təmin edilməsi üçün tədbirlər həyata keçirilmişdir. İcra başçısı diqqətə çatdırıb ki, sakinlərinin rifahının yaxşılaşdırılmasına dair bundan sonra da işlər davam etdiriləcəkdir.

Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Əhəd Abıyev qaldırılan məsələlərin bəzilərini aidiyyəti üzrə tapşırıqlar verməklə yerində həll edib, müraciətlərin bir qismi də nəzarətə götürülüb.

Quşçu körpüsü qəsəbəsinin sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya göstərdikləri bütün işlərə və diqqət, qayğıya görə minnətdarlıq ediblər.



Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZƏYLİK KƏNDİNDƏ VƏ QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULLARINI KEÇİRİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər