DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB


Fevralın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Aşağı Daşkəsən kəndində vətəndaşlarla keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən icra başçısı Əhəd Abıyev Daşkəsəndə vətəndaşlarla görüşlərin davamlı olaraq keçirildiyini, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün aidiyyəti qurumlarla birgə tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda görülən işlər barədə geniş məlumat verən Əhəd Abıyev ərazidə xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu bildirib. Həmçinin vurğulayıb ki, Aşağı Daşkəsən kəndində keçirilən ötən qəbullarda sakinlərin müraciətləri nəzərə alınaraq Aşağı Daşkəsən kəndi qazlaşdırılmış, nasaz elektrik dirəkləri dəyişdirilmiş və bir sıra mühüm işlər görülmüşdür.

Sonra Əhəd Abıyev sakinlərdən müraciətlərini etmələrini xahiş edib. Sakinlər əsasən kəndə əlavə su mənbələrindən içməli su xəttinin çəkilməsini, avtomobil yollarının cari təmirini və şəxsi məsələlərə dair müraciətlər ediblər.

İcra başçısı Əhəd Abıyev müraciətlərin həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatlara tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də yuxarı orqanlara çatdırılması üçün nəzarətə götürülüb.

Görülən işləri müsbət qiymətləndirən Aşağı Daşkəsən kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini




DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEVİN NÖVBƏTİ SƏYYAR QƏBULU AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ OLUB
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər