Gömrükdəki qanunsuzluqlarla bağlı İlham Əliyevə şikayət

Gömrükdəki qanunsuzluqlarla bağlı İlham Əliyevə şikayət












Fərdi sahibkar, Samux rayon Alabaşlı kənd sakini, Mahmudova Dilarə Polad qızı Dövlət Gömrük Komitəsindəki özbaşınalıqlardan ölkə başçısı Ilham Əliyevə şikayət edib.

O, şikayət məktubunun bir surətini də "Azadlıq”a göndərib. O, şikayətində dövlət başçısının son zamanlar gömrük sahəsində aparılan islahatların yalnız kağız üzərində qaldığını, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında fərmanın "Şəffaf” Gömrüyün Qəssab Məmurları” tərəfindən tərəfindən icra edilməməsini bildirir. Dilarə Mahmudova Türkiyə Respublikasından geyim məhsullarını idxal etdiyini, lakin həmişə gömrük rəsmiləşdirilməsini Gəncədə həyata keçirsə də, bu dəfə gömrükçülər ondan 9 min 641 ABŞ dolları dəyərindəki malın mütləq Bakıya gətirilməli olduğunu tələb ediblər. Bu da ölkə başçısının gömrük rəsmiləşdirilməsinin maksimum yüngülləşdirilməsi haqqında qəbul etdiyi qərarların ruhuna ziddir. Şikayətçi qeyd edir ki, əgər Gəncədə Gömrük Idarəsi varsa, Gəncədə bunun rəsmiləşdirmirlərsə, o zaman büdcəmizin bu ağır durumunda əlavə xərc tələb edən Gömrüyün Ərazi Idarələrini niyə ləğv etmirlər. Əgər Gəncə Ərazi Idarəsinin əməkdaşlarına inanmırlarsa, zəhmət çəkib Bakıdan bir şəxsi ezam edib malı Gəncədə yoxlatdırsınlar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər