DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZİNZAHAL KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ZİNZAHAL KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

Aprelin 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Zinzahal kəndində keçirilən səyyar qəbulunda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulu giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əvvəlcə müqəddəs Ramazan ayı münasibətilə Zinzahal kənd sakinlərini təbrik edib.

Əhəd Abıyev çıxışında deyib: “Ulu Öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən möhtəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan bütün sahələr üzrə böyük inkişaf yolu keçib. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə 2023-cü ilin ilk ayları ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bir sıra dinamik maraqlı hadisələrlə yadda qalıb. Bütün bunlar dövlət başçısının uğurlu, düşünülmüş, məqsədyönlü şəkildə ardıcıl həyata keçirdiyi daxili və xarici siyasət kursunun nəticəsidir. İndi müstəqil müasir qalib ölkəmizdə nəhəng enerji layihələri, Azərbaycanın hər yerininin abadlaşması, yeniləşməsi, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər planı həyata keçirilir və balaslaşdırılmış xarici siyasət Azərbaycanı regionun ən nüfuzlu dövlətinə çevirib. Bu gün Azərbaycan dövləti və ictimaiyyəti qanunsuz silahlı dəstələrə, onlarla əlbir olan havadarlarına, Azərbaycanın təbii sərvətlərini talayanlara, süveren ərazisində baş verən özbaşınalığa və terrora göz yummayacaq, daim Azərbaycançılıq ideyasının, milli mənəvi dəyərlərimizin və maraqlarımızın qorunmasına, sabitliyə və sülhə çalışacaqdır”.

İcra başçısı ötən dövr ərzində Zinzahal kəndində xeyli abadlıq-quruculuq işlərinin aparıldığını, habelə Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə başa çatdırıldığını, həmçinin 56 şagird yerlik Zinzahal kənd tam orta məktəb binasının modul tipli olmaqla təzədən inşa edildiyini, elektrik təsərrüfatının yenidən qurulduğunu diqqətə çatdırıb.

Sonra sakinlərin müraciətləri dinlənilib. Əhəd Abıyev müraciətlərin bir qismini yerində həll edib. Yerli icra strukturlarının səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirliklərə çatdırılması üçün qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Zinzahal kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər