Paşinyan sərhəddə yaranmış gərgin vəziyyətə aydınlıq gətirib

Paşinyan sərhəddə yaranmış gərgin vəziyyətə aydınlıq gətirib


Ermənistanı Laçın dəhlizi ilə birləşdirən yeni Kornidzor-Teğ yolunun istifadəyə verilməsi ilə əlaqədar olaraq Azərbaycan ordusu Ermənistan-Azərbaycan sərhədində 12 km məsafəni nəzarətə götürüb.

Bunu baş nazir Nikol Paşinyan aprelin 6-da hökumətin iclasında deyib.

O əlavə edib ki, Laçın dəhlizinin müvəqqəti marşrutunu təmin etmək üçün ötən il əldə olunmuş razılığa əsasən, həmin ərazilərə birbaşa nəzarət yox idi: “İndi isə bildiyiniz kimi, onlar birbaşa sərhədi mühafizə etməyə başlayanda, bəzi problemlər, xüsusən də yerləşdirmə zamanı xəritələrin hər iki tərəfində uyğunsuzluqların olması səbəbindən yaranıb. Ermənistan tərəfinin bildirdiyinə görə, bəzi ərazilərdə Azərbaycan tərəfi sərhəddən 100-300 metr irəlidə Ermənistan ərazisində mövqe tutaraq mühəndis işləri aparıb. Bundan sonra hər iki tərəfin kartoqraflarının vəziyyətə aydınlıq gətirəcəyi barədə razılıq əldə olundu. Bu müddət ərzində sərhədçilərin dislokasiya məntəqələrinin dəqiqləşdirilməsi istiqamətində iş aparılıb, vəziyyət bir qədər yaxşılaşıb. O cümlədən 12 km-dən 7 km-ə qədər dislokasiya məntəqələri dəqiqləşdirilib, 5 km-də işlər davam etdirilir. Bizim yanaşmamız vəziyyətin gərginləşməsinə yol verməməklə məsələni həll etməkdir. Ümid edirəm ki, yerləşdirmə məntəqələrinin dəqiqləşdirilməsi üzrə işlər konstruktiv şəraitdə aparılacaq”, - baş nazir bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər