Yeni yolda Azərbaycan gömrüyü olacaqmı? - GÖZLƏNTİ

Yeni yolda Azərbaycan gömrüyü olacaqmı? - GÖZLƏNTİ


Ermənistan Respublikası ərazisində Qarabağa aparan yeni yolun tikintisinin aprelin 1-dək başa çatdırılması planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə Hetq.am-a Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat çatdırılıb.

Söhbət Zəngəzur vilayətindəki Tex(Dığ) kəndinin M-12 dövlətlərarası avtomobil yolunun (Gorus-Tex-Laçın-Xankəndi) hissəsindən başlanaraq, Kornidzor(Gorunzur) kəndindən keçərək dövlət sərhədinə Həkəri çayına qədər 11,8 km uzunluğunda olan hissəsindən gedir. Çayın üzərində tikilmiş yeni körpü sərhəd keçidi kimi xidmət edir. Rusiya "sülhməramlıları" çayın Azərbaycan tayında yerləşdirilib...

Ermənistan hökumətinin 2022-ci il avqustun 4-də keçirilən iclasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bəyan edib ki, yolun Tex-Kornidzor-sərhəd hissəsi 2023-cü ilin yazında hazır olacaq.

Xatırladaq ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yolu 2022-ci il avqustun 30-dan Qarabağdakı və Ermənistandakı haykların tam istifadəsinə verib. Bundan sonra Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun birbaşa nəzarətinə keçib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir...

P.S. Elə eyni tarixdən, yəni aprelin 1-dən Həkəri çayı üzərində - Ermənistanla sərhəddə Azərbaycan Respublikasının sərhəd, gömrük, baytarlıq və s. zəruri xidmətlərinin postlarının qoyulması vacibdir...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər