Bakının şərtləri qəbul edilməzsə, o zaman bu, qaçılmaz olacaq - AÇIQLAMA

Bakının şərtləri qəbul edilməzsə, o zaman bu, qaçılmaz olacaq - AÇIQLAMA


Ermənistan sülh müqaviləsindən müxtəlif bəhanələrlə boyun qaçırıb, Cənubi Qafqazı böyük güclər arasında mübarizə meydanına çevirməklə ciddi təhlükələrə yol açır.

Bunu açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, İrəvanın bu təhlükəli oyunundan nəticə etibarı ilə ən itirən tərəf elə Ermənistan və erməni xalqı olacaq.

“Azərbaycan sülh müqaviləsi ilə bağlı aydın mövqeyi var və bu ortadadır. Bizim üçün Qarabağ məsələsi bitib. Kimlərinsə bu məsələdən siyasi konyukturasına imkan verilməyəcək.

Gündəlikdə Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsi var və bu istiqamətdə də addımlar atılmaqdadır. Bu da Azərbaycanın daxili işidir və hər hansı digər ölkənin bu məsələyə müdaxilə etməsinə imkan da verilməyəcək. Artıq Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı Bakıya Prezident Administrasiyasında görüş keçirməyə dəvət edib. Bu da öz müsbət həllini tapacaq. Onlar onilliklər boyu separatçıların girovluğundan azad olub, indikində qat-qat yaxşı vəziyyətdə yaşamalı olacaqlar”, - o qeyd edib.

Deputatın deyib ki, Ermənistan Cənubi Qafqazı geopolitik rəqabət məkanına çevirməkdənsə, bölgədə dayanıqlı sülhün əldə olunması istiqamətində konkret addımlar atsa, yaxşı olar: “Cənab Prezident X Qlobal Bakı Forumunda da çıxışı zamanı bəyan etdi ki, Ermənistan müstəqil ölkə statusunu itirib və beynəlxalq vasitəçilər İrəvanın konstruktiv yola gəlməsinə çalışmalıdırlar.

Amma son günlərdə biz Ermənistanın istər Azərbaycanla sərhəddə, istərsə də rus hərbi kontingentinin nəzarətində olan ərazilərdə gərginliyin artırmaq istiqamətində təxribat xarakterli hərəkətlərini və fəaliyyətlərini müşahidə etməkdəyik. Azərbaycan ermənilərin təxribat cəhdlərinin qarşısını yerindəcə qarşısını alacaq. Əgər Qarabağdakı separatçılar Bakının şərtlərini qəbul etməzsə, o zaman Azərbaycan Konstitusiyasının tələbləri işə düşməli olacaq. Azərbaycanın Xankəndidəki separatçı, terrorçuların nazı ilə oynamaq niyyəti yoxdur. Biz istəyirik ki, nəhayətində, Rusiya 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra edib, müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərini bu separatçı və terrorçulardan təmizləməlidir. Rusiya üzərinə düşən missiyanı icra etməyəcəksə, təbii ki, o zaman Azərbaycan Konstitusiyasının tələblərinin işə düşməsi, qaçılmaz olacaq. Azərbaycan mövqeyində və onu həyata keçirməkdə israrlıdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər