Bakının 5 maddəlik tələbi: İrəvan nə istəyir? - AÇIQLAMA

Bakının 5 maddəlik tələbi: İrəvan nə istəyir? - AÇIQLAMA


Bakı sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddəlik baza prinsiplərini açıqlayıb.

Azərbaycan bununla Ermənistana mövcud problemləri qarşılıqlı öhdəlik əsasında həll etməyi və əməkdaşlıq təklif edir. Son günlər Ermənistanın verdiyi açıqlamalar da qarşı tərəfin sülh sazişinin imzalanmasında maraqlı olduğunu deməyə əsas verir, xüsusilə Bakının Zəngəzur dəhlizinə alternativ yolun açılması məqsədilə Tehranla anlaşması İrəvana kommunikasiyanın açılması ilə əldə edə biləcəyi dividentləri itirmək riski yaratması fonunda.

Hərçənd, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı İrəvanın 5 baza prinsipinə əlavəsinin olduğunu göstərir.

İrəvan açıqlayır ki, baza prinsipləri ilə bağlı Bakıya cavab veriblər və Azərbaycanla sülh danışıqlarının Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət ediblər.

Helsinki Yekun Aktında ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı, “öz müqəddəratını təyinetmə” məsələsi də əks olunur. O cümlədən, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanır.

Bu, İrəvanın sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyətindən xəbər verir. Lakin hər iki beynəlxalq sənəd - Helsinki Aktında və Pakt “müqəddəratı təyinetmə” məsələsinin beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün pozulması ilə nəticələnməsinə də qarşıdır. Bu o deməkdir ki,

- Ermənistan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına razıdır, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir;
- “Müqəddəratını təyin etmə” prinsipi üzrə aparmaq istədiyi sülh sazişi danışıqlarını həmsədrlərə həvalə etməklə Qarabağdakı ermənilər üçün “status” hüququna nail olmağa çalışır;

Və bununla danışıqları başlamamış dəfn edir. Çünki rəsmi Bakı “status” məsələsini birdəfəlik bağlayıb və Qarabağdakı ermənilər Ermənistanın yox, Azərbaycanın daxili məsələsidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər