Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir

Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir


Rayonumuzda yeni sosial layihə

Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir


Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni sosial layihənin icrasına başlanılmışdır. Belə ki, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Türkiyənin “Green Recycle” şirkəti tərəfindən istifadə olunmuş geyim, ayaqqabı və tekstil məhsullarının çeşidlənərək ehtiyacı olan ailələrə verilməsi, təkrar emala göndərilməsi məqsədi ilə insanların sıx yaşadığı yerlərdə 50-yə yaxın xüsusi tipli konteyner yerləşdirilmişdir.
Mənzil-Kommunal İstismar Sahələri tərəfindən sakinlərin sözügedən sosial layihəyə dəstək olmaları üçün xidməti ərazilərdə maarifləndirici tədbirlər həyata keçirilir.

Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir


Gənclər və idman naziri Fərid Qayıbov Bakının kənd və qəsəbələrində idman mərkəzlərinə baxış keçirib

Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir


Gənclər və idman naziri Fərid Qayıbov Bakı şəhərinin kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb. Pirallahı qəsəbəsində İdman Mərkəzinin zalına və Gənclər Mərkəzinin binasına da baxış keçirilib.
Maştağa və Yeni Suraxanı qəsəbələrinin futbol meydançalarına baxış keçirən nazir mövcud şəraitlə bağlı fikir mübadiləsi aparıb.
Buzovna, Binə və Pirallahı qəsəbələrində idman zallarının fəaliyyəti ilə maraqlanan nazir idmançıların məşq prosesini izləyib, onlarla və məşqçilərlə söhbət edib. İdman zallarının imkanlarından daha səmərəli istifadə olunması istiqamətində mütəxəssislərlə müzakirələr aparıb, tövsiyələrini verib.
Nazir F.Qayıbov, həmçinin Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbinin, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlanıb.
Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin fəaliyyəti ilə tanışlıq zamanı isə burada idmançılara göstərilən tibbi xidmət barədə fikir mübadiləsi aparılıb.

Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir


Rayonumuzda səyyar qəbullar davam etdirilir

Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 11 yanvar 2023-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, yanvarın 9-da Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Diqqətə çatdırıldı ki, idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Bu gün ölkəmiz beynəlxalq idman yarışlarına, mötəbər turnirlərə evsahibliyi edir. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Eyni zamanda qeyd edildi ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Azərbaycanda 2022-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, Zəngəzur dəhlizinin açılışına, qərbi azərbaycanlarının doğma torpaqlarına qayıtmasına, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. Diqqətə çatdırıldı ki, Qarabağda və Sərgi Zəngəzurda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Füzuli və Zəngilan Hava Limanlarının açılışı, eyni zamanda, Laçın Hava Limanının inşası və Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin reallaşıdırılması və digər infrastruktur layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması, telefon xəttinin və internetin çəkilməsi, qazın təzyiqin artırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Pirallahı Rayonunda səyyar qəbullar davam etdirilir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər