Eldar Quliyev: Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ideyalarının müəllifidir

Eldar Quliyev: Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ideyalarının müəllifidir

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Eldar Quliyev: Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ideyalarının müəllifidir

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən rayon təşkilatlarının sədrləri Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar dekabrın 12-də Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, müstəsna xidmətlərindən bəhs edib. Vurğulayıb ki, milli sərvətimiz olan Heydər Əliyev irsi, onun çoxşaxəli fəaliyyəti və zəngin dövlətçilik təcrübəsi, habelə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsindəki rolu Şura tərəfindən cəmiyyətimiz, xüsusilə gənc nəsil arasında geniş təbliğ olunur. Eldar Quliyev, həmçinin, bildirib ki, Ümummilli Liderin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Heydər Əliyev İli” elan etdiyi 2023-cü ildə təşkilat hazırladığı Tədbirlər planı üzrə bu sahədə öz fəaliyyətini daha da artıracaq.

Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra zəngin dövlət quruculuğu kimi tarixi dövr başlamışdır. Yaranmış imkandan maksimum səmərəli istifadə, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Eldar Quliyev: Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ideyalarının müəllifidir

Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Azərbaycan xalqının dahilik simvolu olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmiz əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.
Ümummilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri - ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər Azərbaycan xalqı tərəfindən heç bir zaman unudulmayacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər