AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək - FOTO

AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək - FOTO


AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".

Qeyd edək ki, təxribatçılar tribunada Qarabağdakı separatçıların "bayrağı"nı asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər