"Real Madrid"in ÇL-in finalındakı rəqibi müəyyənləşdi

"Real Madrid"in ÇL-in finalındakı rəqibi müəyyənləşdi














UEFA Çempionlar Liqasının son yarımfinal oyunu keçirilib.
Oyun İtaliyanın paytaxtında "Roma” və "Liverpul” arasında keçirilib.

Meydan sahiblərinin ilk dəqiqələrdən təşəbbüsü əllərinə almalarına baxmayaraq, ingiltərəlilər əks hücum təşkil edərək 9-cu dəqiqədə hesabı açıblar. Fərqlənən Sadyo Mane olub. Oyunun 15-ci dəqiqəsində fərqlənən yenə də "Liverpool” olub, ancaq bu dəfə qolu öz qapısına vurub – avtoqol sahibi Ceyms Milner olub.

Qonaqlar oyunun 25-ci dəqiqəsində ikinci qolu vurublar, bu dəfə Corcinyo Veynaldum fərqlənib.
İkinci hissənin əvvəllərində, oyunun 52-ci dəqiqəsində Edin Dzeko hesabı bərabərləşdirib. Oyunu əsas vaxtına 4 dəqiqə qalmış isə Radja Nainqolan "Roma”nı bir qədər ümidləndirib – 3:2. Bu qoldan bir neçə dəqiqə sonra, oyunun əlavə olunmuş dəqiqələrində "Liverpul”un qapısına penalti təyin olunub. Radja Nainqolan bu zərbəni dəqiq yerinə yetirsə də, bu "Roma” üçün kifayət olmayıb.

Xatırladaq ki, İngiltərədə komandalar arasında keçirilən ilk oyun "Liverpul”un 5:2 hesablı qələbəsi ilə bitmişdi.

Beləliklə, UEFA Çempionlar Liqasının finalında "Real Madrid” və "Liverpul” komandaları qarşılaşacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər