Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq


Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

"Yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.

"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Görüş öncəsi qonaqların heyətində itki yoxdur. Meydan sahiblərində isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər