Səhət Həbibbəyli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Səhət Həbibbəyli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəylinin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəylidir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Səhət Həbibbəyli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnənSəhət Həbibbəyli bu işin müqəddəsliyini qoruyub saxlayır. Səhət Həbibbəyli kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Səhət Həbibbəyli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Səhət Həbibbəyli böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Səhət Həbibbəyli yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səhət Həbibbəylinin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səhət Həbibbəyli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Səhət Həbibbəyli bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Səhət Həbibbəyli özünü doğruldub. Bizdə hörmətli Səhət Həbibbəylini dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub

Səhət Həbibbəyli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclasda komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vurğulayıb ki, sentyabr ayının 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlərin görülməsi, bununla əlaqədar istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün elektrik və qazla işləyən qızdırıcı cihazların idxalına uyğunluq sertifikatı tələb olunmaqla icazə verilir. Standartlara uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır.
Komitə sədri müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunmasıyla əlaqədar görüləcək işlərdən danışarkən vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici materialların verilməsi nəzərdə tutulub. İdxal istiqamətində gətirilən qızdırıcı elektrik və qaz cihazlarının buraxılışına aidiyyəti dövlət orqanı ilə birgə baxış keçirildikdən sonra icazə veriləcəkdir.
Dövlət qayğısı hesabına muxtar respublikamızda müasir gömrük infrastrukturunun yaradıldığını önə çəkən komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görüləcək işlərdən də danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təminat, su və kanalizasiya xətlərinin vəziyyəti, yanğın təhlükəsizliyi, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəstiylə təchizatı məsələləri ilə bağlı işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır. Elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə olunmalı, istilik sistemlərinin fəaliyyəti hava şəraitinə uyğun tənzimlənməli, israfçılığa yol verilməməlidir.
Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəis əvəzi, gömrük xidməti polkovnik-leytenantı Vüsal Həsənli və Mühasibat və maddi-texniki təchizat şöbəsinin rəisi, gömrük xidməti mayoru Əsgər Qurbanov qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işlərlə bağlı məruzə ediblər.
Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanlarının rəislərinin çıxışları olub. Gömrük idarələrində cari təmir-bərpa və təchizat işlərinin vaxtaşırı olaraq həyata keçirildiyi, payız-qış mövsümündə çatışmazlıqların yaşanmaması üçün müvafiq işlərin görüləcəyi qeyd olunub.
Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxta başa çatdırılması və Dövlət Gömrük Komitəsində yaradılmış müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb.
İclasa yekun vuran Komitə sədri qeyd edib ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalının qarşısının alınması ilə bağlı tədbirlər daim diqqət mərkəzində saxlanılacaq, gömrük orqanları muxtar respublikada təhlükəsiz həyatın təmin olunmasına öz töhfəsini verəcəkdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər