Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


UNEC ilə Təhsil Tələbə Krediti Fondu əməkdaşlıq edəcək

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında birgə fəaliyyət planının müəyyən edilməsi və qarşılıqlı əməkdaşlıq haqqında memorandum aktı imzalanıb.

UNEC-in rektoru professor Ədalət Muradov və Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin imzaladığı memorandumda UNEC-lə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə təhsil tələbə kreditləri haqqında məlumatların daha geniş kütləyə çatdırılması, tələbələrin və valideynlərin təhsil tələbə kreditləri və güzəştləri haqqında daha düzgün məlumatlanması, sosial məsuliyyəti artıran layihələrin icrası, birgə tədbirlərin təşkil edilməsi əks olunub.

Həmçinin sənəddə UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıq edilməsi də nəzərdə tutulub.

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr seçilib

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi çərçivəsində UNEC-də ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru professor Ədalət Muradov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edərək, partiyanın yaradılmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu deyib. Regionun ən böyük partiyasının Azərbaycanın uğurlu gələcəyi, inkişafı və dövlətçiliyimizin qorunması naminə 30 ildir ki, uğurla fəaliyyət göstərdiyini bildirib. Rektor YAP sıralarında UNEC-in 1000-ə yaxın əməkdaşının təmsil olunduğunu, bu sıraların ildən-ilə daha da genişləndiyini diqqətə çatdırıb.

Yığıncaqda iştirak edən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev YAP-ın yaranma tarixindən söz açıb. O, Yeni Azərbaycan Partiyasının xalqımızı ulu öndərin ideyaları ətrafında sıx birləşdirərək, ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. M.Nağıyev Yeni Azərbaycan Partiyasının üzərinə düşən mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən də söz açıb.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov hesabatla çıxış edərək, görülmüş işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrdən danışıb.

Hesabat dinlənildikdən sonra Muxtar Nağıyev “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın üzvlərinin ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini vurğulayıb. M.Nağıyev Mikayıl Zeynalovun vəzifə dəyişikliyi ilə əlaqədar ərazi təşkilatna yeni sədrin seçiləcəyəni bildirib.

Sonra “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçkiləri keçirilib. UNEC-in Audit şöbəsinin müdiri Hikmət Babayevin təşkilatın yeni sədri, Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli isə sədr müavini seçilib. Muxtar Nağıyev yeni sədri və müavini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının yeni sədri Hikmət Babayev ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirəcəyini bildirib.

Sonra Muxtar Nağıyev “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının keçmiş sədri Mikayıl Zeynalova YAP-ın Fəxri Fərmanını təqdim edib.

Tədbirdə YAP-a yeni üzv olmuş UNEC-in müəllim, tələbə və əməkdaşlarına vəsiqələr verilib.

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


UNEC-in məzunu şəhid Fərhad Fərhadlının diplomu ailəsinə təqdim olundu

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


UNEC-in məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fərhad Fərhadlının ailəsi ilə UNEC-də görüş keçirilib.

İlk öncə şəhidin ailəsi ilə birlikdə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin qarşısına gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov şəhidin valideynləri ilə görüşərək, Fərhad kimi qəhrəmanların xatirəsinin universitetimiz tərəfindən daim əziz tutulacağını, onların valideynlərinin, ailələrinin hər zaman UNEC ailəsinin bir üzvü kimi, diqqət və qayğı ilə əhatə olunacağını deyib.

Sonra Ədalət Muradov Fərhad Fərhadlının diplomunu valideynlərinə təhvil verib.

Xatırladaq ki, Fərhad Fərhadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 20-də isə Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralı əsgərləri xilas edən zaman qəhrəmalıqla şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Ermənistanın Azərbaycanda insan həyatı və sağlamlığına vurduğu zərərin miqdarı açıqlanıb

Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


UNEC-də “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər” mövzusunda elmi-tədqiqat işinin təqdimatı keçirilib.

UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) yerinə yetirdiyi elmi-tədqiqat işinin təqdimatında universitetin professor-müəllim heyəti, tədqiqatçılar, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb. S.Yaqubov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizdə insan həyatı və sağlamlığına böyük zərərin dəydiyini bildirərək, təqdimatda bu itkilərin qiymətləndirilməsi ilə bağlı İAETİ-nin apardığı araşdırmaların nəticələrinin açıqlanacağını qeyd edib.

Tədbirdə “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər”ə dair metodoloji yanaşmalar öyrənilmiş və seçilmiş metodologiya əsasında aparılmış qiymətləndirmələr təqdim olunub.

İAETİ-nin böyük elmi işçisi, dosent Fərhad Mikayılov təqdimatla çıxış edərək, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərərin qiymətləndirilməsi istiqamətində aparılan araşdırmalar, həmçinin işğala məruz qalmış ölkənin əmək bazarında mövcud durum əsasında qiymətləndirməsi barədə məlumat verib. Fərhad Mikayılov tədqiqat işinin nəticəsi olaraq bildirib ki, Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı mərhələlər üzrə həlak olanların sayı 24.041, yaralananların sayı 55.410, itkin düşənlərin sayı isə 3.890 nəfər olub. Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına vurulan zərərin ümumi məbləği 2020-ci ilin sonuna olan qiymətləndirmə məlumatlarına (orta aylıq pensiya, şəhid ailələrinə verilən sosial müavinətlər, manatın məzənəsi və s.) əsasən 54,7 milyard manata bərabər olmuşdur. Məcburi köçkünlər üçün kommunal ödənişləri 2020-ci il göstəriciləri əsasında bu zərərə əlavə etmiş olsaq, o zaman ümumi insan həyatına dəymiş zərərin həcmi 64 milyard manata bərabər olacaqdır.

Sonda elmi-tədqiqat işi ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Azərbaycan Dövlət İqtisad Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər