Məzahir Babayev professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutur

Məzahir Babayev professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutur


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayevdir.

Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Məzahir Babayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Məzahir Babayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Məzahir Babayev özünü doğruldub. Bizdə hörmətli Məzahir Babayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev - Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşünün hər günü, hər anı qürurverici, tarixi hadisələrlə zəngindir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə sentyabrın 27-də Şanlı Ordumuzun başlatdığı əks-hücum əməliyyatlarının elə ilk günündən başlayaraq erməni əsarətində olan torpaqlarımız, yaşayış məntəqələrimiz, kəndlərimiz işğaldan azad edilirdi. Hər gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa qələbə müjdəli müraciətlər edilir, bütün Azərbaycan xalqı isə növbəti qələbə xəbərlərini səbirsizliklə gözləyir, tezliklə ərazi bütövlüyümüzün təmin olunacağına inanırdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev 4 oktyabr 2020-ci il tarixdə növbəti Qələbə müjdəsini xalqımıza çatdırdı: "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olunmuşdu.

Beləliklə, Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon oldu. Şanlı Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi məhv edildi, texnikası sıradan çıxarıldı və ya qənimət kimi götürüldü. Güclü Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur oldu. Uzun illərdir Ermənistanın havadarlarının köməkliyi ilə qurulmuş müdafiə xətti və ermənilərin özləri üçün yaratdıqları “məğlubedilməzlik” mifi darmadağın edildi, bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü Ordusu olduğunu döyüş meydanında sübut etdi.

Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən sonra qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Cəbrayıl rayonunda bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Mənfur düşməndən azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məntəqələrimizin ən müasir səviyyədə bərpa olunması, “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji”, “sıfır tullantı” konsepsiyalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzurun yaxın gələcəkdə ən müasir regionumuza çevriləcəyindən xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bütün bu işlər yalnız Azərbaycanın öz gücü hesabına həyata keçirilir.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər zamanı təməlqoyma və açılış mərasimlərində iştirak etdiyi irimiqyaslı layihələr bir daha onu göstərir ki, işğalçı Ermənistan tərəfindən dağıdılmış, məhv edilmiş, yer üzündən silinmiş şəhərlərimizin, qəsəbə və kəndlərimizin bərpası, vətəndaşlarımızın öz doğma el-obasına qayıtması, həmin ərazilərilərdə yenidən həyatın qurulması çoxda uzaqda deyil. Əminliklə söyləmək olar ki, işğaldan azad edilmiş torpaqlarımızda tezliklə yeni həyat başlayacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər