Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir

Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir


Göygöl rayonunda “5 oktyabr – Müəllim günü” münasibəti ilə tədbir keçirilib

Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir


“5 oktyabr – Müəllim günü” münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin Göygöl rayon üzrə sektorun əməkdaşları və rayon ümumtəhsil məktəb müəllimləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında Şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himnimizin sədaları altında açıq elan edilib. Tədbirdə çıxış edən natiqlər “5 oktyabr – Müəllim günü” münasibəti ilə müəllimləri təbrik edərək onlara xoş arzularını çatdırıblar.
Sonra təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən qocaman müəllimlərə və keçən tədris ilində səmərəli fəaliyyət göstərərək yüksək nəticələr əldə etmiş bir qrup müəllimə Göygöl Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.

Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir
Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir


Vətən müharibəsi şəhidləri İsgəndərov Əsəd Bəybala oğlu və Tağıyev İmdad Rövşən oğlunun məzarı və ailəsi ziyarət olunub

Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir


Göygöl rayonundan olan Vətən müharibəsi şəhidləri İsgəndərov Əsəd Bəybala oğlu və Tağıyev İmdad Rövşən oğlunun ikinci ildönümləri məzarları başında qeyd edilib və ailələri ziyarət olunub. Mərasimdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri, hər iki şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələrinin ediblər.
Xatırladaq ki, İsgəndərov Əsəd Bəybala oğlu 27 oktyabr 1990-cı ildə Göygöl şəhərində anadan olmuşdur. 1997-ci ildə İ. Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2008-ci ilin oktyabr ayından 2009-cu ilin may ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamış, 2012-ci ildən Ağcabədi rayonunda yerləşən digər “N” saylı hərbi hissədə gizir kimi xidmətini davam etdirib. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Əsəd İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli olub, 2 övladı var.
Tağıyev İmdad Rövşən oğlu 25 aprel 2002-ci ildə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuşdur. 2009-cu ildə Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir.2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin may ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. İmdad Tağıyev 3 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.

Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdirElvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir
Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin Aşıqlı kənd sakinləri ilə səyyar görüşü təşkil olunub

Elvin Paşayev: Şəhidlər bizim qürur mənbəyimizdir


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 04 oktyabr 2022-ci il tarixində Aşıqlı kənd tam orta məktəbdə kənd sakinləri ilə səyyar görüşü təşkil olunub. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edərək, vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin su təminatının və sanitar təmizliyinin yaxşılaşdırılması, məktəbin qarşısında yol nişan keçidinin qoyulması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər