Ona etibar edilən bütün işlərdə Elnur Rəhimov özünü doğruldub

Ona etibar edilən bütün işlərdə Elnur Rəhimov özünü doğruldub


Müəssisə 1937-ci ildən Volodarski adına tikiş fabriki olaaq fəaliyyətə başlamış, 1999-cu ildə özəlləşdirilərək “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Müəssisədə 19881989-cu illərdə əsaslı surətdə yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. BTE-nin ümumi sahəsi 22300 kv.m-dir. Müəssisədə 1,2,3,4,5 saylı tikiş sahələri, hazırlıq, sınaq, biçim saələri və bunlardan başqa laboratoriya, buxarxana, ütü və presləmə sahələri fəaliyyət göstərirlər. Müəssisə 1991-ci ildə Azərbaycan Respublikasının ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlamış və bu sahədə böyük təcrübə qazanaraq ixtisaslaşmışdır.

“Bakı Tikiş Evi” ASC həmçinin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 2008-ci ildən həqiqi üzvüdür (Şəhadətnamə N00105; 21.07.2008). Müəssisədə 600 nəfər işçi çalışır. Onlardan 75 nəfəri ali savadlı mühəndis və texnoloqlar, 40 nəfəri isə orta texniki savadlı işçilərdir. Mütəxəssislərin çoxu çoxillik təcrübəyə malik, keçmiş sovetlər birliyinin ayrı-ayrı şəhərlərində təhsil almış, xarici ölkələrin təcrübəsini qazanmış işçilərdir. 1998-ci ildə Respublikada ilk dəfə olaraq bizim mütəxəssislər tərəfindən NATO sisteminə uyğun hərbi modellər, 2007-ci ildə isə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə yeni modellər hazırlayaraq istehsal etmışdir. Təsadüfi deyildir ki, bizim müəssisə güc nazirliklərinin, əsasən də Müdafiə Nazrliyinin qeyri-rəsmi baza müəssisəsi kimi fəaliyyət göstərərək müasir tələblərə cavab verən yeni modellər hazırlayaraq istehsal etmişdir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Ona etibar edilən bütün işlərdə Elnur Rəhimov özünü doğruldub


Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı Tikiş Evi (BTE) ASC-in sədr müavini Elnur Rəhimovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Tikiş Evi (BTE) ASC-in sədr müavini Elnur Rəhimovdur.

Bakı Tikiş Evi (BTE) ASC-in sədr müavini Elnur Rəhimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elnur Rəhimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Tikiş Evi (BTE) ASC-in sədr müavini Elnur Rəhimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ona etibar edilən bütün işlərdə Elnur Rəhimov özünü doğruldub. Bizdə hörmətli Elnur Rəhimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Ona etibar edilən bütün işlərdə Elnur Rəhimov özünü doğruldub
Ona etibar edilən bütün işlərdə Elnur Rəhimov özünü doğruldub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər