Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılovdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İmamverdi İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. İmamverdi İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İmamverdi İsmayılovdan danışdılar yaxşı ki, İmamverdi İsmayılov Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır… İmamverdi İsmayılov öz isguzarlığı ilə tanınır və seçilir….

İmamverdi İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İmamverdi İsmayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İmamverdi İsmayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İmamverdi İsmayılovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İmamverdi İsmayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İmamverdi İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İmamverdi İsmayılov özünü doğruldub. Bizdə hörmətli İmamverdi İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordeni laureatı İmamverdi İsmayılov - Prezident İlham Əliyevin ötən günlərdə baş tutan İtaliyaya iki günlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin açılmasına təkan verdi. Dövlət başçısının İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House - Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.

Ümumilikdə dəyərləndirsək, İtaliya Avropa İttifaqı ölkələri içərisində Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir. Prezident İlham Əliyevin İtaliyaya budəfəki səfəri iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ açacaqdır.

Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş mərasimin keçirilməsi idi. Prezident İlham Əliyev iki il əvvəl İtaliyada dövlət səfərində olarkən İtaliya-Azərbaycan Universitetinin yaradılması təklifi ilə çıxış etmişdi. Bunu alqışladığını bildirən İtaliya rəhbərliyi isə qısa müddət ərzində praktiki fəaliyyətə başlanılmasına şərait yaradıb. Bu dəfə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalandı. Bu mühüm addım göstərdi ki, iki ölkə gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcək. Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyulub. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut - Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.

Beləliklə, Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın gələcəkdə də gücləndiriləcəyi istisna deyil.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər