Lerikdəki ağır qəzada yaralananların son vəziyyəti AÇIQLANDI

Lerikdəki ağır qəzada yaralananların son vəziyyəti AÇIQLANDI


Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Lerikin Zuvand kəndi yaxınlığındakı “Baba ocağı” ziyarətgahından qayıdan Lənkəran sakinlərinin olduğu mikroavtobusun sürücünün idarəetməsindən çıxaraq betona çırpılması və daha sonra aşması nəticəsində Boladi kənd sakinləri: Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Rəhimova Nazxanım İsabala qızı, Tahirova Zərnitac İslam qızı və Göyşaban kənd sakini Dilarə Xəlilova vəfat edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər