Şamaxıda baş verən ağır qəzada yaralananların sayı açıqlandı - SİYAHI

Şamaxıda baş verən ağır qəzada yaralananların sayı açıqlandı - SİYAHI


Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə Şamaxı ərazisində baş verib.

Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi "Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Hadisə nəticəsində 10 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə nəticəsində yaralanaraq xəsətəxanaya yerləşdirilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsindən olan sakinlərin adları aşağıdakılardır:

1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı;

2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı;

2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı;

1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı;

1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı;

1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı;

2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı;

2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu;

2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna;

2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğlu;

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər