Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...




29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramov - Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək..

Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 85 metr uzunluğa malik avtomobil körpüsünün tikintisinə start verilib. Körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14.5 metr təşkil edəcək.

Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, həmçinin bünövrələrin tikintisi aparılır. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun və İncəçay üzərində avtomobil körpüsünün inşası işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan avtomobil yolunun uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək.

Sözügedən yolun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 14 və 10 metr təşkil edəcək.

Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 km-lik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü boruların, düzbucaqlı keçidlərin inşası işləri icra olunub. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola alt qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru olan hissəsində isə sadalanan işlərin icrası davam etdirilir.

Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol kənarlarında beton küvetlərin inşası, avtobus dayanacaqlarının, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcəkdir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Ramil Bayramov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər