Ramil Bayramov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm uğurlara nail olmuşdur

Ramil Bayramov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm uğurlara nail olmuşdur


29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramov - Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Müstəqil Azərbaycan Respublikasında Prezident postuna keçirilən sayca 8-ci rəsmi seçkidə cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici uğurlu siyasəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimizin qüdrəti və iqtisadiyyatı artıb, Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da güclənib. Dövlət siyasətinin başlıca prioritetlərindən biri xalqımızın rifahı və milli maraqları olmuşdur. Xalqımız görülən işləri yüksək qiymətləndirərək daha təhlükəsiz və inkişafyönümlü gələcəyi seçmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da artmışdır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən diplomatik uğurlar və xarici siyasət Azərbaycanın ATƏT, BMT, AŞ kimi təşkilatlarda daha qətiyyətli çıxış etməsinə, beynəlxalq arenada Prezidentin və nümayəndələrin rəyinə daha hörmətlə yanaşılmasına imkan yaratmışdır.

Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verərək xarici qrant, ianə hesabına fəaliyyət göstərən xainlik və dağıdıcılıq məqsədi güdən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən qüvvələrə Azərbaycanın siyasi səhnəsində yeri olmadığını bir daha göstərmiş oldu.

Prezident İlham Əliyevin hakimiyyət illəri tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri isə 13,5 dəfə artıb. Maliyyə imkanlarımız və strateji valyuta ehtiyatlarımız ciddi şəkildə yüksəlmişdir. Azərbaycanın ixracatdakı payı, regionlarda ümumi məhsul buraxılışı, xarici ticarət dövriyyəsi əsaslı şəkildə inkişaf etmişdir. Ölkədə minimum əməkhaqqı 12.9 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə artmışdır. İşsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə qədər enmişdir. Bu dövr ərzində pensiyalar 10 dəfədən çox, maaşlar isə 7 dəfə artmışdır. Ölkəmizin davamlı inkişafı və siyasi sabitliyi daha da yüksəlmişdir.

Azad sahibkarlığa dəstəyi daima diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər vermişdir. Başlıca olaraq qeyri-neft sektorunun inkişafına yönəlmiş bu kreditlər nəticəsində ölkəmizdə minlərlə yeni müəssisə yaradılmışdır.

Prezident İlham Əliyevin hakimiyyəti illərində ölkəmizdə neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi ilə ölkənin gəlirləri daha da artmışdır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması Azərbaycanı qaz ixracatçısına çevirmişdir. 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuş və 2018-ci ildə Türkiyədə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olmuşdur.

Prezident İlham Əliyevin əsas hədəflərindən biri də daima milli maraqların qorunmasına, xalqın milli ideya ətrafında birləşməsinə, vətənpərvərlik ruhunun gənclər arasında daha da təbliğ edilməsinə yönəlmişdir. Cənab Prezidentin hakimiyyəti illərində ordumuz sürətlə inkişaf etmişdir. Böyük zəfərin başlanğıcı hesab olunan Aprel döyüşlərindəki qələbəmiz və 44 günlük Vətən müharibəsindəki Zəfərimiz Ali Baş Komandanın qətiyyətli mövqeyini, Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ordu quruculuğunun necə inkişaf etdiyini göstərir.

2003-cü ildən Azərbaycan Respublikası enerji idxalçısından ixracatçısına çevrilmişdir. Ölkəmizdə bu sahəyə geniş yatırımlar edilmiş, böyük infrastruktur layihələr reallaşdırılmışdır. Son illərdə alternativ enerji sahəsinin ölkəmizdə inkişaf etməsi və xarici investorların bu sahəyə cəlb edilməsi birbaşa ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir.

Cənab Prezidentin hakimiyyəti dövrü ərzində yol və nəqliyyat infrastrukturunun və su təchizatının inkişafı istiqamətində böyük işlər görülmüşdür. Bu illər ərzində 15 min kilometr yeni yol çəkilişi təmin edilmiş, yeni aeroportlar istifadəyə verilmişdir. Əhalinin içməli su təchizatı ilə bağlı problemləri aradan qaldırılmış, sakinlərin içməli su ilə bağlı təminatı artmışdır. Kənd təsərrüfatının inkişafı üçün bir neçə su anbarı tikilmiş və digər meliorasiya tədbirləri görülmüşdür.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmiz həm daxili, həm də xarici siyasətdə mühüm uğurlara imza atmışdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər