DAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜB

DAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜB


Avqustun 25-də millət vəkili Kamran Bayramov Daşkəsən Şəhidlər Xiyabanında daşkəsənli şəhid ailələri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.

Kamran Bayramov Daşkəsən Şəhidlər Xiyabanında Daşkəsən Şəhidləri üçün yeni yaradılan guşəyə və tikintisi başa çatmaq üzrə olan şəhid valideynlərinin görüş yerinə də baş çəkib. Şəhid valideynləri yeni yaradılan guşəyə və onlar üçün yüksək səviyyədə tikilən görüş yerinə, o cümlədən hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Daha sonra millət vəkili Kamran Bayramov Aşağı Daşkəsən kəndində və Daşkəsən qəsəbəsində seçiciləri ilə görüşüb. Görüşlərin keçiriləcəyi ilə bağlı sosial şəbəkələr və müvafiq yerli dövlət orqanları vasitəsilə əhali öncədən məlumatlandırılıb.

Millət vəkili sakinlərin müxtəlif mövzularda müraciət və təklifləri qeydə alıb. Kamran Bayramov müraciətlərlə bağlı qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara yazılı müraciət olunacağını bildirib. O həmçinin vurğulayıb ki, daşkəsənli seçicilərinin bundan əvvəl də etdikləri müraciət və təkliflər operativ cavablandırılıb və bir sıra mövcud problemli məsələlər öz müsbət həllini tapıb.

Görüşdə iştirak edən daşkəsənli seçicilər daim onların rifahının yüksəldilməsi istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət siyasətinə dəstəklərini ifadə edərək ölkə rəhbərinə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBDAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBDAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBDAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBDAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBDAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBDAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBDAŞKƏSƏNDƏ MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV ŞƏHİD AİLƏLƏRİ VƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər