Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb

Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumları şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də bu kateqoriyadan olan vətəndaşlar daim diqqət mərkəzindədirlər.

Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulu çərçivəsində şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə görüşüb və onların müraciətlərini fərdi qaydada dinləyib.

İşlə təminat, qeyri-yaşayış sahəsinin layihələndirilməsi, fərdi yaşayış evinin təmiri, müalicə və digər məsələlər müraciətlərin əsasının təşkil edib.

Səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.

Qəbulda müraciət edən şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Leyla Əliyeva Gəncədə uşaqlar üçün şənlik bəxş etdi

Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Gəncə şəhərində valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib.

Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının nəzarətində olan, eləcə də şəhid ailələrindən olan şənlikdə 150 nəfərdən çox uşaq iştirak edib.

Tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və maskotlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

Qeyd edilməlidir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən onlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər