“Azərişıq” ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir

“Azərişıq” ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir


“Azərişıq” ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC genişmiqyaslı yenidənqurma və təmir işlərini bu gün də həyata keçirir. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha müasir, güclü və keyfiyyətliləri ilə əvəz olunur. Əlavə olaraq yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdırılır, yeni kabel xətləri çəkilməklə yanaşı, sıradan çıxmış kabel xətləri yeniləri ilə əvəz edilir. İnkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rifah halının yaxşılaşdırılması əsas məqsədimizdir!.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vüqar Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.

Vüqar Əhmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vüqar Əhmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Vüqar Əhmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vüqar Əhmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Sorğu apardıq ağız dolusu Vüqar Əhmədovdan danışdılar yaxşı ki, Vüqar Əhmədov "Azərişıq" ASC-nin sədr müavini təyin olunub… Vüqar Əhmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Prezident İlham Əliyevdən nümunə götürən Vüqar Əhmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vüqar Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vüqar Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azərişıq" ASC kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vüqar Əhmədov özünü doğruldub. Bizdə hörmətli "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər