Türkiyədə iğtişaş: 15 polis yaralandı, 298 nəfər saxlanıldı

Türkiyədə iğtişaş: 15 polis yaralandı, 298 nəfər saxlanıldı


Türkiyənin Diyarbəkir vilayətinin Bağlar ilçəsində Novruz mərasiminə qatılan qrupla polislər arasında kütləvi qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, HDP-nin təşkilatçılığı ilə keçirilən kütləvi tədbirdə təhlükəsizliyin təminatı üçün 7 min polis əməkdaşı cəlb edilib.

Belə ki, polis qüvvələri yalnız nəzarət-buraxılış məntəqələrindən keçən insanlara tədbirə qoşulmağa icazə verib.

Lakin bəzi iştirakçılar polisin qanuni tələbinə məhəl qoymayaraq, təhlükəsizik səddini aşıb və hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif sərt predmetlər atmağa başlayıb.

Bu zaman 15 polis əməkdaşı yaralanıb. Aparılan araşdırmlar nəticəsində iğtişaşlarda iştirak etmiş 298 nəfər müəyyən edilərək saxlanılıb, barələrində araşdırma başladılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər