Ayaz Əsgərov: Əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır

Ayaz Əsgərov: Əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır


Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov - Azərbaycan xalqı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzu öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir.

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Artıq Ulu öndər Heydər Əliyevin bu vəsiyyəti, Azərbaycan xalqının “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu reallığa çevrilib.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda da böyük quruculuq işəri gedir, bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir.

Milli ruhumuzun tərcümanı olan Novruz bayramını Ulu öndər Heydər Əliyev milli ideologiyamızın ana sütunu kimi dəyərləndirib və əbədiləşdirib: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub”.

Xalqımızın keçib gəldiyi tarixi yolu, minilliklərlə formalaşmış bir çox ənənələrimizi ruhunda yaşadan bu bayram respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.

Bu gün fəxr edirik ki, Azərbaycanın üçrəngli bayrağı azad edilmiş doğma torpaqlarımızda vüqarla dalğalanır. Ötən il ölkə Prezidenti cənab İlham Əliyev Cıdır düzündə Novruz tonqalını alovlandırdı və xalqımızı Novruz Bayramı münasibətilə təbrik etdi, qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini Qarabağın döyünən qəlbindən - Şuşadan çatdırdı.

Qürurverici haldır ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını Azərbaycan xalqı böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır, əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər