Rusiya rublu rekord səviyyədə ucuzlaşdı

Rusiya rublu rekord səviyyədə ucuzlaşdı


Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektləri raket atəşinə tutması rublu rekord səviyyədə ucuzlaşdırıb.

Rusiya rublu dollar qarşısında 5,77% ucuzlaşaraq 86,1198 səviyyəsinə enib.

Hadisələr fonunda daha çox ucuzlaşma nümayiş etdirən valyutalardan biri də avro olub. Avro 0,84% ucuzlaşaraq 1,1209 dollara düşüb, bu da yanvarın 31-dən bəri ən aşağı səviyyə olub.
Təhlükəsiz sığınacaq valyutaları kimi Yapon yeni və ABŞ dollarına tələb artıb.

Avro Yapon yeni qarşısında bir aylıq minimumuna çatıb və 1,28% ucuzlaşaraq təxminən 128,37 yen olub. İsveçrə frankı qarşısında isə 2015-ci ildən bəri ən aşağı səviyyəyə enib və 0,84% azalaraq 1,0292 İsveçrə frankı olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər