Ukrayna sərhədinə 30 min əsgər yığıldı: "soyuq müharibədən bəri ən böyük toplaşma..." - FOTO

Ukrayna sərhədinə 30 min əsgər yığıldı: "soyuq müharibədən bəri ən böyük toplaşma..." - FOTO


Müharibə astanasında olan Rusiya ilə Ukrayna arasında gərginlik davam edərkən Belarus sərhədindəki hərəkətlilik diqqət çəkib.

Xarici KİV xəbər verir ki, 10-20 fevral tarixlərində Belarus və Rusiya arasında keçiriləcək "Müttəfiqlərin qətiyyəti-2022" təlimi çərçivəsində 30 min rus əsgəri də iştirak edəcək.

Ukrayna sərhədindən 50 kilometr aralıda keçiriləcək təlim üçün Rusiya Belarusa S-400 hava hücumundan müdafiə sistemləri, Pantsir-S hava hücumundan müdafiə raket sistemləri və Su-35 döyüş təyyarələri ilə yanaşı əsgərlər göndərib.

NATO-nun baş katibi Yens Stoltenberq sözügedən peyk görüntülərini "soyuq müharibədən bəri regionda ən böyük yerləşdirmə" adlandırıb.

Ukrayna sərhədinə 30 min əsgər yığıldı: "soyuq müharibədən bəri ən böyük toplaşma..." - FOTOUkrayna sərhədinə 30 min əsgər yığıldı: "soyuq müharibədən bəri ən böyük toplaşma..." - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər