Türkiyədən Fransaya ağır zərbə

Türkiyədən Fransaya ağır zərbə


Türkiyə Afrikada 2 mlrd dollarlıq layihəni uddu
Türkiyə şirkəti Tanzaniyada 1,9 milyard dollarlıq tenderi qazanıb.

Reuters xəbər verir ki, Türkiyənin Afrika ölkələri ilə mükəmməl yaxın əlaqələri öz bəhrəsini verməkdə davam edir. Türkiyənin Yapı Merkezi şirkəti Tanzaniyada keçirilən 1,9 milyard dollarlıq nəhəng tenderi qazanıb.

Tanzaniya 368 km uzunluğunda Şərqi Afrikanın ən sürətli dəmiryol xəttinin tikintisini Yapı Merkezi şirkəti ilə anlaşıb.

Tanzaniyanın qonşu ölkələrlə ticari əlaqələrini artırmaq üçün inşa etdiyi 1219 km-lik xəttin mühüm hissəsi olan Makutopora-Tabora hissəsinin tikintisi Türkiyənin Yapı Merkez şirkəti tərəfindən həyata keçirəcək. Dəmiryol xətti Tanzaniyanın Hind okeanındakı limanını və onun ticarət paytaxtı Dar əs-Salamı Uqanda və Keniya sərhədlərindən keçərək Viktoriya gölünün sahilində yerləşən liman şəhəri Mvanza ilə birləşdirəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər