Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL

Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL


Şəhid Ədalət Hüseynlinin xatirəsi ehtiramla anıldı

Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL


Böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan şəhid Hüseynli Ədalət Səadət oğlunun xatirəsi ehtiramla anılıb. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatı Malik Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidlərimizin il mərasimlərində iştirak etmişlər. Mərasimlərdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Hüseynli Ədalət Səadət oğlu 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olub. 2000-2010-cu illərdə Cəngan kənd tam orta məktəbində təhsil alıb. 2010-2011-ci illərdə N saylı hərbi hissədə xidmət edib. 29 sentyabr 2020-ci ildə Vətən muharibəsinə könüllü olaraq qatılıb. İki dəfə yüngül yaralansa da, yenə döyüşlərə qatılıb. 8 noyabr 2020-ci il tarixində Qubadlıda yaralı yoldaşını çıxararkən ağır yaralanıb. 4 dəfə əməliyyat keçirməsinə baxmayaraq, 21 dekabr 2020-ci ildə da şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Ədalət Hüseynli "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL
Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL


Cəlilabadın Təzəkənd kəndinin elektrik şəbəkəsi tam yenilənir

Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstəriş və tapşırıqlarına əsasən ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrində ötən əsrin 60-cı illərindən qalan köhnəlmiş şəbəkələrin yenilənməsi istiqamətində işlər sürətlə davam etdirilir. Cəlilabad rayonunda da istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər görülür. Cəlilabadın Təzəkənd kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən Təzəkənd kəndinin də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri çərçivəsində Təzəkənd kəndinin elektrik şəbəkəsi tam yenilənəcək. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təzəkənd kəndində olmuşdur. Aparılan işlərlə tanış olan RİH başçısı “Azərişıq” ASC-nin rəhbər şəxsləri və işlərinin icrasını həyata keçirən şirkət nümayəndləri ilə görüşmüş, görülən işlərlə bağlı müzakirələr aparmışdır.

Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏLRafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏLRafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL
Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL


Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya təşkil olunub

Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL


Azərbaycan 44 günlük Vətən müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində şanlı qələbə qazanaraq çoxəsrlik tariximizin ən parlaq səhifəsini yazdı. Bu parlaq Zəfəri bizə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri bəxş etdilər. Onlar qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi ilə əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək, xalqımıza əvəzolunmaz qürur və sevinc hissi yaşatdılar. Torpaqlarımızın azadlığı uğrunda əbədiyyətə qovuşan qəhrəman oğullarımızın ailə üzvləri və yaralı qazilərimiz daim dövlət qayğısı ilə əhatə olunub. “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və TƏBİB-nin birgə təşkilatçılığı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dekabrın 25-də keçirilən tibbi aksiya da bu həssas kateqoriyadan olan soydaşlarımız üçün dövlətin həyata keçirdiyi tədbirlərə dəstək xarakteri daşıyır. Aksiya çərçivəsində Bakı şəhərində müxtəlif dövlət və özəl xəstəxanalarda çalışan onkoloq, kardioloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə 45 nəfərdən ibarət könüllü həkim heyəti tərəfindən 400 nəfərdən çox şəhid və qazi ailələrinin üzvləri müayinə olunmuş, müvafiq müalicə kursları təyin edilmiş, zəruri dərman vasitələri ilə təmin olunmuş, eləcə də digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmişdir. Aparılan müayinələr zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonradan ixtisaslaşmış tibb müəssisələrində tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət yarandıqda cərrahiyə əməliyyatları həyata keçiriləcək. Keçirilən aksiyanın təşkilati işlərinə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən dəstək verilmişdir.

Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏLRafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏLRafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏLRafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏLRafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏLRafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL
Rafiq Cəlilov qısa zamanda cəlilabadlıların etimadını qazandı - ÖZƏL

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər