Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL

Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Salyan rayonunda da ehtiramla yad olunmuşdur

Salyan rayonunda “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər.

Ilk olaraq rayon ərazisində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında 800-ə yaxın ağac əkilmişdir. Daha sonra Anım tədbiri “Şəhidlər” abidə kompleksi və Şəhidlər xiyabanında davam etmişdir. Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır. Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, şəhid atası Rövşən Mehdiyev, şəhid anası Xoşgül Axundova, şəhid atası Valeh Mehdiyev, şəhidin həyat yoldaşı Zəhra Əhmədova, “Vətən müharibəsi qəhrəmanı”, polkovnik-leytenant Səfər Qurbanov çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiklərini diqqətə çatdırmışlar. Anım mərasimi məktəblilərin ifasında kompasiziya ilə davam etdirilmişdir.

Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmməov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə məzarları ziyarət olunmuşdur

Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL


Vətən müharibəsində şəhid olmuş Kapitan Kamil Şirinovun, Maxe, kiçik-çavuş Əjdər Dadaşovun, Maxe Alməmməd Babayevin, Əlirza Rzayevin və Allahverdi Novruzovun ildönümü münasibətilə məzarları ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Fəzail Ağamalı və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidlərin şəhadətlərinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuş və yas mərasimlərində iştirak etmişlər. Mərasimdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirmişdir ki, bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda yaşayacaqlar.
Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL

Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda Silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər