İlyas Əliyev: Müasir dövrdə Qələbə yalnız döyüşdə qol gücünə deyil, söz savaşında da, informasiyaların dəqiq və operativ olaraq hazırlanıb ötürülməsində də qazanılmalıdır

İlyas  Əliyev: Müasir dövrdə Qələbə yalnız döyüşdə qol gücünə deyil, söz savaşında da, informasiyaların dəqiq və operativ olaraq hazırlanıb ötürülməsində də qazanılmalıdır


"Xidmət-İş" Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini İlyas Əliyev - Sentyabrın 27-də başlayan 44 gün davam edən ali baş komandanımız İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti ilə idarə olunan, yüksək döyüş taktikası ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı xalqımıza uzun sürən həsrətin qələbə sevincini yaşatdı. Qələbə sevinci Zəfər tariximizin ilk səhifələrində yer aldı.

Ordu hissələrimiz döyüşə-döyüşə qələbələr qazanırdı. Oktyabrın 3-də Suqovşan düşməndən azad ediləndə ordunun döyüş əzmi, qələbə ruhu daha da yüksəldi. Düşmən ilk böyük məğlubiyyətinə düçar oldu. Oktyabrın 4-ü Cəbrayılın mərkəzi düşməndən azad edildi. Xalq bu qələbəni böyük coşqu ilə qarşıladı. Televiziya, radio, qəzetlər, müxtəlif informasiya vasitələri ardı-arası kəsilməyən qələbə xəbərlərini operativ olaraq xalqa çatdırır, ictimaiyyətin sevincinin carçısına çevrilirdi.

Dünyanın marağı Azərbaycana, Azərbaycanın apardığı ədalətli müharibəyə yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə ünvanlanmışdı: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" Ordunun silahlanması, ən müasir döyüş texnikalarının, uçuş aparatlarından istifadə, ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, yüksək vətənpərvərliyinin, dövlətə, dövlətçiliyə sədaqətinin nəticəsində xalqımız Qələbə sevincini yaşamış oldu.

Müasir dövrdə Qələbə yalnız döyüşdə qol gücünə deyil, söz savaşında da, informasiyaların dəqiq və operativ olaraq hazırlanıb ötürülməsində də qazanılmalıdır. Məhz elə buna görə də Prezident İlhan Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanda qeyd edilir ki, ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmışdır.Jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Sənəddə o da qeyd edilmişdir ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı bir vaxtda, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyətli dəyişikliklərin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Qlobal informasiya mühitinin formalaşdırdığı fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zəruri etmişdir.

Yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

Qanunda qeyd olunan müsbət məqamlardan biri də Media Reyestri ilə bağlıdır. Belə ki, sözügedən reyestr media sahəsində fəaliyyət göstərən subyektlərin sayının müəyyən edilməsi baxımından önəm daşıyacaqdır. Sistemli yanaşma media orqanları və jurnalistlərə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşmasına kömək edəcəkdir. Müvafiq qanun həm jurnalist adından, həm də media sahəsindən sui-istifadə edənləri ifşa edəcək, onların qeyri-qanuni fəaliyyətinin qarşısını alacaq, həm də toplanılan məlumatlar əsasında media subyektlərinin, eyni zamanda jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkili və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin edəcəkdir.

Beləliklə də Azərbaycan mediasında uzun illərdən bəri mövcud olan problemlər öz həllini tapacaq, informasiya mühitinin milliləşdirilməsi və daxili informasiya məkanının təhlükəsizliyi təmin ediləcək, yerli medianın inkişafına nail olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər