Braziliya prezidenti hakimiyyətdən uzaqlaşdırıldı

Braziliya prezidenti hakimiyyətdən uzaqlaşdırıldı















Senatorlar onun getməsinə səs veriblər

Braziliyanın senatorları cümə axşamı keçirilən iclasda 20 saatlıq müzakirədən sonra ölkə prezidenti Dilma Russeffi müvəqqəti vəzifədən kənarlaşdırıblar.

55 senator impiçmentin lehinə, 22-si isə əleyhinə səs verib.

Qanuna əsasən, impiçment parlamentin yuxarı palatasında əyləşən 81 sentordan əksəriyyəti lehinə səs verdikdə qüvvəyə minir.

İndi Russeff cümə axşamından başlayaraq, 180 gün müddətinə vəzifədən uzaqlaşdırılacaq, onun səlahiyyətlərinin müvəqqəti icrası ölkənin vitse-prezidenti Mişel Temer məşğul olacaq.

Daha sonra Senat məsələni Ali məhkəmə sədrinin iştirakı ilə xüsusi iclasda nəzərdən keçirəcək. O zaman Russeffin taleyi birdəfəlik həll olunacaq – parlamentarilərin üçdən ikisi (54 nəfər) impiçmentin lehinə səs versələr, o zaman dövlət başçısı vəzifədən gedəcək.

Qeyd edək ki, Braziliya müxalifəti prezidenti vergi pozuntuları və dövlət vəsaitlərindən təkrar seçilmək üçün istifadədə ittiham edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər