Bakı şəhər DYP İdarəsinin əməkdaşından “alkotester” maxinasiyası

Bakı şəhər DYP İdarəsinin əməkdaşından “alkotester” maxinasiyası













99 YP 453 dövlət nömrə nişanlı xidməti avtomobili idarə edən inspektor sürücünü şərləyib

Qəzetimizin ötən saylarında biz dəfələrlə yol polisi orqanlarında yer almış rüşvətxorluq və sürücülərin hüquqlarının pozulması hallarına dair bir neçə tənqidi material dərc etmişik. Həmin materiallarda hər zaman vurğulanan bir fikir də bundan ibarət olmuşdur ki, bu gün ölkədə aparılan antikorrupsiya mübarizə tədbirlərinin ən fəal iştirakçılarından biri kimi məhz Daxili İşlər Nazirliyinin və şəxsən Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun ön planda olması obyektiv bir reallıqdır. Bununla belə, bəzi DYP əməkdaşları tərəfindən vətəndaşların hüquqlarının kobud şəkildə pozulması hallarının tez-tez təkrar olunması, bu mübarizə tədbirlərinin daha da sərtləşdirilməsinə ehtiyac olduğu fikrini də ortaya qoyur.

Qeyd edək ki, son vaxtlar bizimdovr.az-a daxil olan müxtəlif məlumatlarda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən sürücülərin hüquqlarının kobud şəkildə pozulması hallarından tez-tez xəbər verilir. Bəzi hallarda isə, vətəndaşlardan bu və ya digər bəhanələr gətirilərək konkret rüşvət tələb olunduğu və alındığı da iddia edilir. Belə ki, aldığımız növbəti şikayət məktubunda vətəndaş paytaxt sakini Rauf Əliyev də Bakı şəhər DYP idarəsinin Elvin Süleymanov adlı əməkdaşı tərəfindən onun hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir. Öz ərizəsində Rauf Əliyev yazır: “Yazıb sizə bildirirəm ki, 09.05.2016-cı il tarixində, səhər saat 7 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ay işığı” restoranının qarşısında 99 YP 453 dövlət nömrə nişanlı xidməti avtomobili idarə edən Emin adlı inspektor məni öz avtomobilimi idarə edərkən saxlayıb. İnspektor məndən içkili olub-olmadığımı soruşdu. Mən də cavab verdim ki, içkili deyiləm. Yenə məndən soruşdu ki, axırıncı dəfə nə zaman spirtli içki qəbul etmişəm. Cavab verdim ki, mayın 8-də, axşam saat 18 radələrində, öz evimdə bir şüşə (0,5 L) pivə içmişəm. Bundan sonra, inspektor alkotesterlə məni test etdi və bildirdi ki, guya mən içkiliyəm. Mən ondan tələb etdim ki, məni həkim müayinəsindən keçirsin. Buna cavab olaraq Emin bildirdi ki, həkim aparatı onda da var. Lakin onun yanındakı inspektor dedi ki, həmin aparat işləmir. Sonra Emin məni aldatdı. Dedi ki, protokola 1 şüşə pivə içdiyini yaz və imza qoy. Amma bu zaman içkini nə zaman qəbul etdiyim göstərilmədi. Bundan sonra, sənədlərimi alıb, məndən ertəsi gün səhər saat 9-da Bakı Şəhər DYP İdarəsinə gəlməyimi tələb etdi. Sonradan bildim ki, protokola da mənim iştirakım olmadan, özü düzəliş edib. Bildirirəm ki, 09.05.2016-cı il tarixində, saat 12:00-da mən Respublika Narkoloji Dispanserində sərxoşluq vəziyyətimin müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçmişəm və tam ayıq olmağım barədə müvafiq akt almışam. Bütün əlaqədar instansiyalardan xahiş edirəm ki, bu barədə müvafiq tədbirlər görülsün.”

Qeyd edək ki, Rauf Əliyev 2/1802 saylı həmin aktı redaksiyamıza da təqdim etmişdir və bu sənəddə də açıq-aydın təsdiq olunur ki, tibbi müayinə zamanı pasiyentdə heç bir sərxoşluq əlaməti aşkar edilməmişdir. Çox maraqlıdır, görəsən Emin inspektor özü necə, xidməti növbəyə başlamazdan öncə belə bir müayinədən keçirmi?

Ümid edirik ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən bu məsələyə dair münasibət bildiriləcəkdir.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər