Mübariz müəllim: Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan əlaqələrini dərinləşdirəcək

Mübariz müəllim: Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan əlaqələrini dərinləşdirəcək


İş adamı Mübariz müəllim - Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyənin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə bir sıra mühüm tezislərlə yadda qaldı. Müsahibədə Cənubi Qafqaz bölgəsində ölkəmizin rəsmi mövqeyi nümayiş etdirildi və Türkiyə, həmçinin qonşu dövlətlərlə Azərbaycanın münasibətlərinin gələcək perspektivləri ilə bağlı tutarlı proqnozlar ortaya qoyuldu.

Azərbaycan tərəfi tələb edir ki, Zəngəzur dəhlizində avtomobil yolu da çəkilsin. Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycanın münasibətlərini dərinləşdirəcək. Lakin bunun üçün Cənubi Qafqazda uzunmüddətli sülh bərpa olunmalıdır. Prezident İlham Əliyev müsahibəsində qətiyyətlə deyib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, o zaman bölgəyə uzunmüddətli sülh gələcək. Azərbaycanın ən böyük gözləntisi odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Lakin, bu günə qədər sülhməramlıların nəzarətində olan ərazilərə Ermənistandan silahların və hərbçilərin göndərilməsi 10 noyabr üçtərəfli Bəyanatının müddəlarına ziddir və bu hələ də davam edir. Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib ki, görünür, ikinci Qarabağ savaşı hələ də ermənilər üçün dərs olmayıb. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.

Son 18 ildə Türkiyə ilə Azərbaycanın münasibətlərində vahid siyasət formalaşıb, iki qardaş ölkə arasında sarsılmaz dostluq və birlik yaranıb. Türkiyə-Azərbaycan birliyi artıq regional amildir və bu ola bilsin ki, qlobal amilə də çevrilə bilər. Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı “Azərbaycan tək deyil” mesajı Zəfərimizə gedən yola işıq saldı. Bu gün isə Azərbaycan bütün varlığı ilə təbii fəlakətlərlə üz-üzə qalan qardaş Türkiyənin yanındadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər