İlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdı

İlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdı


Başçı Milli Məclis sədrinin müavini ilə birlikdə şəhid ailələrini ziyarət etdi

İlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdı


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Məclis sədrinin birinci müavini Əli Hüseynovla birlikdə 27 sentyabr tarixində Mingəçevir şəhərində yaşayan dörd şəhid ailəsini ziyarət etdilər. Qeyd edək ki, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov və İcra Hakimiyyətinin digər rəsmi şəxsləri də ziyarətdə iştirak edirdilər.

Şəhid ailələri üçün 200 mənzillik bina tikiləcək

İlkin olaraq ziyarət olunan şəhid Şəhmar Məmmədovun evində qonaqları şəhidin həyat yoldaşı Aliyə xanım qarşıladı. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdə Aliyə xanımla yanaşı şəhidin tək övladı, 8-ci sinif şagirdi Tamella Məmmədzadə də iştirak edirdi. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşağın təhsili ilə maraqlandı, gələcəkdə hansı peşəni seçəcəyini soruşdu. Balaca Tamellanın hüquqşünaslığı oxumaq arzusunda olduğunu deməsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri Əli Hüseynlinin dərhal diqqətini cəlb etdi. Əli Hüseyinli şəhid övladına dərslərini yaxşı oxumağı və hüquq sahəsi üzrə universitetə daxil olmağı tövsiyyə etdikdən sonra söz verdi ki, onun ali təhsil alması üçün bütün lazımi köməkliyi göstərəcək.
Aliyə Məmmədova dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduğunu, təminatıyla bağlı hər hansı çatışmazlıqla üzləşmədiyini bildirdi. Yalnız evinin təmiri ilə bağlı yarımçıq qalan işlərin görülməsi üçün YAŞAT Fondu tərəfindən ayrılan vəsaitin kifayət etmədiyini bildirdi və bu məsələdə ona köməklik göstərilməsini xahiş etdi.
İlham İsmayılov ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısından bəhs etdi və bu diqqət qayğının nəticəsi olaraq yaxın vaxtlarda şəhid ailələrinin mənzillə təmin olunması üçün Mingəçevir şəhərində 200 mənzillik binanın inşa olunacağını, həmin binanın tikintisi üçün artıq müvafiq ərazinin də ayrıldığını diqqətə çatdırdı. Eyni zamanda, Aliyə Məmmədovanın xahişi ilə bağlı qısa müddətdə müvafiq tədbirlərin görüləcəyinə söz verdi.
Növbəti ziyarət məkanı H.Əliyev küçəsindəki 62 nömrəli binanın 27 nömrəli mənzili idi. Bu mənzildə vaxtilə şəhid Allahverdi Babayev böyümüş və boya-başa çatmışdır.
İlham İsmayılovla Əli Hüseynov əvvəlcə şəhidin ruhuna ehtiram əlaməti olaraq binanın qarşısında onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilmiş bulağa baxış keçirdilər. Qonaqları şəhidimizin atası Ələt kişi qarşıladı və təkidlə mənzilə qalxmağı xahiş etdi. Çay süfrəsi, şəhid Allahverdi Babayevin xatirə lövhəsi olan otaqda açılmışdı. Ələt kişi şəhər rəhbəri və Milli Məclisin sədr müavininə diqqət göstərib onları ziyarət etdiklərinə görə təşəkkürünü bildirdi. O, heç bir maddi ehtiyacının olmadığını, dövlətin onu pensiya ilə təmin etdiyini və bu pensiyanın onların dolanışığına kifayət etdiyini qürurla vurğuladı. Səmimi keçən söhbət əsnasında maraqlı müzakirələr aparıldı, şəhidin ailə üzvlərinə baş sağlığı verildi.
Eyni zamanda, şəhid atasına İcra Hakimiyyəti və YAP-ın yerli şöbəsi tərəfindən hazırlanmış Vətən Müharibəsi şəhidlərinin xatirəsini əks etdirən plakat təqdim olundu. Nəfis şəkildə tərtib olunmuş plakatda bütün şəhidlərimizin fotoları öz əksini tapmışdı. Plakatla yanaşı, şəhid Allahverdi Babayevin ailəsi də daxil olmaqla ziyarət olunan bütün şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatı da verildi.

Milli Məclisdə şəhid adlarının əbədiləşdirilməsi məsələsinə yenidən baxılacaq

Ziyarət marşrutu şəhərin Günəşli yaşayış massivinə doğru davam etdi və burada “Şəhidliyin Əli və İslam Zirvəsi”nə yol aldı. Vətən yolunda iki oğlu şəhid olmuş Sevinc xanımın üzündəki dərin kədər qarşısında bütün təsəllilər aciz idi.
İlham İsmayılovla Əli Hüseynov şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq evlərinin qarşısında qurulmuş xatirə lövhəsinə baxış keçirdilər, sonra evdəki xatirə muzeyini ziyarət etdilər. Şəhidlərin anası Sevinc xanımla söhbət əsnasında Milli Məclisin sədr müavini Əli Hüseynli qeyd etdi ki, mövcud qanunvericilik şəhidlərin adının əbədiləşdilirlməsi ilə bağlı müəyyən məhdudiyyətlər yaratdığı üçün bəzi hallarda müharibədə şəhid olmuş qəhrəmanlarımızın adının əbədiləşdirilməsi mümkün olmur – onların adının küçələrə, yaxud hər-hansı müəssisəyə verilməsinə normativ-hüquqi maneələr yaranır. Bu da, bəzən haqlı narazılıqlara səbəb olur. Məhz bu məhdudiyyətlərin aradan qaldırılması üçün Milli Məclisdə şəhidlərin adının əbədiləşdirilməsi məsələsinə baxılır və müvafiq qanunvericilik layihəsi hazırlanmaqdadır. Yaxın vaxtlarda məsələ parlamentin müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin 1993-cü il 3 sentyabr tarixli 698 saylı qərarı ilə qüvvəyə minmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi 1994-cü il 15 yanvar tarixli Qərara əsasən yalnız, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhidlərin adları küçələrə, meydanlara habelə, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilə bilər.
Sonuncu ziyarət olunan ev isə şəhid Məhyəddin Məmmədovun yaşadığı ev idi. Qeyd edək ki, ziyarət olunan ünvanlar təsadüfən seçilməmişdi. Belə ki, onlar müharibənin ilk günü, yəni 27 sentyabr tarixində şəhid olmuş, sabahı gün isə Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdilər.
Şəhid Məhyəddin Məmmədovun valideyinləri də ziyarətə görə qonaqlara təşəkkür etdilər. İlham İsmayılovla Əli Hüseynov şəhidin ruhuna ehtiram əlaməti olaraq evinin qarşısında qurulmuş xatirə lövhəsinə baxış keçirdilər, ailə üzlərinə baş sağlığı verdilər. Şəhid atası Yaşar Məmmədov göstərilən diqqətdən məmnunluğunu gizlətmədi və buna görə ilk növbədə dövlət başçısı İlham Əliyevə minnətdarlığını dilə gətirdi. Söhbət zamanı şəhid atası İcra başçısından fərdi evinin isti su ilə təminatı və evə gələn yolun asfalt örtüyünün təmirinə köməklik göstərilməsini xahiş etdi. Başçı yerindəcə əlaqədar qurumların rəhbərləri ilə əlaqə saxlayaraq şəhid atasının xahişinin yerinə yetirilməsi üçün müvafiq göstəriş verdi.


İlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdıİlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdıİlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdıİlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdıİlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdıİlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdıİlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdıİlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdı
İlham İsmayılov: Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdı


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov - İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq- ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi Qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzun ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın, Şuşa hərbi güclə işğaldan azad olundu.Sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin hər günü Azərbaycanın işğal olunmuş şəhər, kənd, qəsəbə və strateji yüksəkliklərinin azad edilməsi ilə nəticələnirdi. Ölkə vətəndaşları hamılıqla böyük sərkərdə - Ali Baş Komandanımızın müjdə dolu xəbərlərini intizarla gözləyirdilər. Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdı. Müharibənin ilk günü artıq bir neçə kəndin 30 illik işğaldan azad edildi. Oktyabrın 3-də Madagiz də Ermənistan qoşunlarının tapdağından qurtuldu və onun əvvəlki adı – Suqovuşan bərpa edildi. Torpaqlarımızı işğaldan qurtarmaq naminə canını və qanını belə, əsirgəməyə hazır olan igid Azərbaycan əsgərinin şücaəti sayəsində oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi 27 ildən sonra işğalçı ermənilərdən azad edildi. Ali Baş Komandan cənab İlham Əliyev bu münasibətlə xalqa müraciətində demişdir: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik”. Lakin ermənilər öz ənənəvi xarakterlərinə sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır, cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər.

Cəsur Azərbaycan Ordusu düşmənin yalnız hərbi qüvvələrinə və obyektlərinə zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı. 2020-ci il oktyabrın 4-dən başlayaraq döyüş bölgəsindən xeyli uzaqda – 60 km məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, strateji sənaye əhəmiyyəti daşıyan Mingəçevir və Beyləqan şəhərlərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutuldu, nəticədə ölən və yaralananlar oldu. Erməni həyasızlığı heç bir sərhəd tanımır, erməni tərəfi Gəncənin raket zərbələri ilə dağıdılmış görüntülərini yayaraq, bunu azərbaycanlıların dağıtdığı erməni şəhəri kimi

qələmə verirdilər! Erməni qəsbkarları Tərtər, Bərdə və digər şəhərlərimizi də atəşə tuturdular. Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düş mənin silahlı birləş mələri tərəfindən Bərdə şəhərinə - dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 22 nəfər həlak oldu, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bəli, bu xalq bir daha mübariz, cəsur olduğunu dünyaya sübut etdi. Xalqın 30 illik Qarabağ həsrətinə son qoyuldu və Azərbaycanın ərazi bütovlüyü təmin edildi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər