Azərbaycan-Rusiya sərhədi ilə bağlı AÇIQLAMA

Azərbaycan-Rusiya sərhədi ilə bağlı AÇIQLAMA


Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb.

Samur Gömrük Postundan APA-ya verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhədində yük maşınlarının uzun növbəsi yaranmışdı.

Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər