Mübariz Salmanov: Azərbaycan – ciddi, etibarlı və böyük uğurlara imza atmış tərəfdaş ölkədir

Mübariz Salmanov: Azərbaycan – ciddi, etibarlı və böyük uğurlara imza atmış tərəfdaş ölkədir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tovuz rayon Maliyyə İdarəsinin rəhbəri Mübariz Salmanovdur.

Tovuz rayon Maliyyə İdarəsinin rəhbəri Mübariz Salmanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mübariz Salmanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mübariz Salmanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mübariz Salmanovdan danışdılar yaxşı ki, Mübariz Salmanov Tovuz rayon Maliyyə İdarəsinin rəhbəridir… Mübariz Salmanov öz isguzarlığı ilə tanınır və seçilir….

Mübariz Salmanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mübariz Salmanovu heç vaxt əqidəsindən döndərə bilməz.

Mübariz Salmanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mübariz Salmanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mübariz Salmanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mübariz Salmanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mübariz Salmanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mübariz Salmanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Tovuz rayon Maliyyə İdarəsinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mübariz Salmanov özünü doğruldub. Bizdə hörmətli Mübariz Salmanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Tovuz rayon Maliyyə İdarəsinin rəhbəri Mübariz Salmanov - Azərbaycan – ciddi, etibarlı və böyük uğurlara imza atmış tərəfdaş ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hücum diplomatiyası sayəsində Ermənistanın münaqişə ilə bağlı yalan və iftiralardan ibarət olan arqumentləri ifşa olunub, Azərbaycanın dünyada müttəfiqləri, dostları, tərəfdaşları artıb. Eyi zamanda Azərbaycan regional və beynəlxalq səviyyədə həyata keçirilən və iştirakçısı olduğu bütün layihələrdə ciddi, etibarlı tərəfdaş kimi çıxış edib. Azərbaycan iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətlə yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərffdaş olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Bu, Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb və bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib.

Prezident İlham Əliyevə və Azərbaycana böyük etimadın nəticəsidir ki, Vətən müharibəsi dövründə dövlət başçımız dünyada BMT-dən sonra üzv dövlətlərin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri statusunda idi. BMT Baş Assambleyasında isə Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə sahəsində təşəbbüsü yüksək qiymətləndirilmiş və xüsusi sessiyanın keçirilməsi barədə artıq qərar qəbul olunmuşdu. Bu təşəbbüsə qarşı çıxan Ermənistan isə bir daha tragikomik duruma düşmüşdü. Bir sözlə, Prezident İlham Əliyevin hücum diplomatiyası sayəsində aciz duruma düşən, uzun illər ərzində bütün beynəlxalq, regional layihələrdən təcrid edilən, iqtisadi cəhətdən sarsılan, çökən Ermənistanın məğlubiyyəti qaçılmaz idi. Xocalı soyqırımının ildönümündə keçirilən mətbuat konfransında da dövlət başçısı Ermənistanın düşdüyü vəziyyətin səbəblərini bir daha açıqladı, bunun Köçəryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasəti və əsassız iddialardan əl çəkməməsinin, Azərbaycanın işğalçıya münasibətdə apardığı siyasətin nəticəsi olduğunu izah etdi. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə minalanmış ərazilərin xəritələrini təqdim etməyən Ermənistanı ifşa etdi, Ermənistana bununla əlaqədar beynəlxalq reaksiyaların olmamasını tənqid etdi. Azərbaycanın Vətən müharibəsi dövründə dinc erməni xalqına münasibətdə sərgilədiyi nümunəvi addımlar və Ermənistanın davranışlarının müqayisəli təhlilini apardı. O cümlədən Ermənistan hakimiyyətinin Xankəndidə və hazırda erməni əhalinin yaşadığı digər Azərbaycan torpaqlarındakı təxribat xarakterli hərəkətlərinin diqqətlə izlənildiyi, yolverilməzliyi və sülhə xidmət etmədiyini vurğuladı, status məsələsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, Ermənistanın bu məsələni gündəmə çıxarmağa çalışmasının fərqli məqsədə xidmət etdiyini nəzərə çatdırdı. Bu, bir daha dünya ictimaiyyətinə Ermənistanın ifşası yönündə ünvanlanmış aydın mesajlar idi. Bununla bərabər, dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə mərhələli əsasda quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika planlarının reallaşdırılması və onların əhəmiyyəti barədə geniş danışdı, görmək istədiyi Qarabağın efir portretini beynəlxalq aləmə təqdim etdi. Bu mesajların dünyanın nüfuzlu KİV-lərinin manşetlərində yer alması və doğurduğu əks-səda Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransının beynəlxalq informasiya məkanında növbəti qələbəmiz olduğunu təsdiqləyir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər