Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov - Azərbaycan son illər ərzində Prezident cənab İlham Əliyevin siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib, sosial məsələlər uğurla həll olunub.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm nailiyyətlərdən biri ölkəmizdə möhkəm sabitliyin təmin olunması və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Azərbaycan sabitlik adası kimi bir çox ölkələr üçün örnəkdir, ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür.

Azərbaycan Prezident cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib, vətəndaşların rifahı daha da yaxşılaşıb. Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir.

Bunlarla yanaşı, məqsədyönlü siyasət nəticəsində respublikamız öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region üçün önəmini artıran faktorlar kimi çıxış edir.

Azərbaycan Prezident cənab İlham Əliyevin uğurlu inkişaf siyasəti vətəndaş məmnunluğunu təmin edib. Çünki əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olub. Azərbaycanın dayanıqlı inkişafının mütəmadi xarakter daşıması insanların gələcəyə inamla və optimist baxmasına əsas yaradıb. Bütün bunlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir.

****

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafovdur.

Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Manaf Manafov bu işin müqəddəsliyini qoruyub saxlayır. Manaf Manafov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Manaf Manafovdan danışdılar yaxşı ki, Manaf Manafov Nərimanov rayon MKTB-nin rəisi təyin olunub… Manaf Manafov öz isguzarlığı ilə tanınır və seçilir….

Manaf Manafov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Manaf Manafovu heç vaxt əqidəsindən döndərə bilməz.

Manaf Manafov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Manaf Manafov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Manaf Manafov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Manaf Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Manaf Manafov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Manaf Manafov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Nərimanov rayon MKTB-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Manaf Manafov özünü doğruldub. Bizdə hörmətli Manaf Manafovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər