Alı Alıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Alı Alıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Alı Alıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən daha üç körpələr evi-uşaq bağçası istifadəyə verilib

Alı Alıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qoleriyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür.

Rayonun Arayatılı kəndində 75 yerlik, Əhmədbəyli kəndində 50 yerlik, İkinci Mahmudlu kəndində 50 yerlik körpələr evi – uşaq bağçası artıq körpə fidanların ixtiyarına verilib. Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

Gələcəyimiz olan uşaqların rahat istirahət etmələrini təmin etmək məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi – uşaq bağçasında 4 oyun, 4 yataq otağı, Əhmədbəyli və İkinci Mahmudlu kənd körpələr evi – uşaq bağçalarının hər birində isə ayrılıqda iki mərtəbəli binalarda 3 oyun, 3 yataq otağı istifadəyə verilmişdir. Əlavə olaraq qeyd edək ki, Bala bəhmənli kəndində yerləşən 640 yerlik tam orta məktəbin binası Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də “COVID-19” pandemiyasına qarşı mübarizənin hələ də davam etdiyi bir dönəmdə bu tip müasir standartlara cavab verən, geniş və səliqəli binaların tikilib istifadəyə verilməsi xüsusilə əhəmiyyətlidir.

Son vaxtlar ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarın 2.1 bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prossesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında hazırlıq tədbirləri həyata keçirilib.

Bununla əlaqədar olaraq, bağçalarda təmizlik və dezinfeksiya işləri aparılıb, işçilərin bir qismi “COVID-19” testlərindən keçirilib, bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dizenfeksiyaedici məhlullarla təmin edilib.

Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu

Alı Alıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəlib.

Məlumat verilib ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.
Prezident qeyd edib ki, bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var: “İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər