Yaponiyada anomal istilər qeydə alınıb

Yaponiyada anomal istilər qeydə alınıb


Yaponiyada anomal istilər hökm sürür - Sidzuoka prefekturasının Hamamatsu şəhərində termometrlər 41,1 dərəcəni göstərib.
AZƏRTAC bildirir ki, avqust ayında bütün ölkə ərazisi isti hava şəraitinin təsirinə məruz qalıb. Hazırda Tokio şəhərində havanın hərarəti 35 dərəcəyə çatıb. Havaların yaxın günlərdə də isti keçəcəyi gözlənilir. Yerli hakimiyyət orqanları əhalini günvurmadan qorunmağa çağırıb.

Qeyd edək ki, ötən il Yaponiyada isti hava şəraiti ilə əlaqədar 70 mindən çox insan günvurma simptomları ilə xəstəxanalara müraciət edib, onlardan 126 nəfəri dünyasını dəyişib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər