Zakir Rüstəmov: Samur-Abşeron suvarma sistemi iqtisadiyyatın inkişafında mühüm önəm daşıyır

Zakir Rüstəmov: Samur-Abşeron suvarma sistemi iqtisadiyyatın inkişafında mühüm önəm daşıyır


Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron Kanalı İstismar İdarəsinin rəisi Zakir Rüstəmov Dövlət başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Meliorasiya və Su Təsərrüfatı ASC Samur–Abşeron Kanalının İstismarı İdarəsinin rəisi Zakir Rüstəmovdur.

Meliorasiya və Su Təsərrüfatı ASC Samur–Abşeron Kanalının İstismarı İdarəsinin rəisi Zakir Rüstəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zakir Rüstəmov bu işin müqəddəsliyini qoruyub saxlayır. Zakir Rüstəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Zakir Rüstəmovdan danışdılar yaxşı ki, Zakir Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC Samur–Abşeron Kanalının İstismarı İdarəsinin rəisidir… Zakir Rüstəmov öz isguzarlığı ilə tanınır və seçilir….

Zakir Rüstəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Prezident İlham Əliyevdən nümunə götürən Zakir Rüstəmovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Zakir Rüstəmov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Zakir Rüstəmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Meliorasiya və Su Təsərrüfatı ASC Samur–Abşeron Kanalının İstismarı İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Zakir Rüstəmov özünü doğruldub. Bizdə hörmətli Zakir Rüstəmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Təbiətin insanlara bəxş etdiyi təbii sərvətlər sırasında xüsusi yer tutan su ehtiyatları cəmiyyətin inkişafında önəmli yer tutur. Təbii sərvətlərin bir çoxunu başqaları ilə əvəz etmək mümkün olduğu halda, su əvəzedilməzdir, onsuz yaşamaq mümkün deyildir. Xalq arasında deyilir ki, torpaq xəzinədir, su isə qızıldır. Həqiqətən də, su yer üzündə ən çox yayılan və misli-bərabəri olmayan mineraldır, lakin buna baxmayaraq, onun qıtlığı daim hiss edilir.

Yer səthinin 70 faizinin su ilə örtülü olmasına baxmayaraq, dünya su ehtiyatının yalnız 1 faizi şirin suya malikdir. Bu səbəbdən əhalinin və əkin sahələrinin su ilə təmin edilməsində nəzərə çarpançatışmazlıq həmişə insanlarda ciddi narahatlıq yaradır.
Ötən əsrin 30-cu illərində əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Özbəkistanda 270 kilometr uzunluğunda Böyük Fərqanə kanalı 45 gün ərzində əl əməyi ilə qazılaraq istifadəyə verilmişdir. Həmin vaxt Azərbaycanda da su çatışmazlığını aradan qaldırmaq məqsədilə Quba–Xaçmaz zonasının 6 inzibati rayonunun 30 min nəfər kolxozçusu 2 ay müddətində Samur çayından Ataçaya qədər 108,7 kilometr uzunluğunda torpaq məcralı kanalın əl əməyilə qazılması kimi çətin bir işin öhdəsindən layiqincə gəlmişdir. Qazma işlərinə ­1939-cu­ il oktyabr ayının 25-də başlanılmış və dekabrın 25-də başa çatdırılmışdır. Kanalın istifadəyə verilməsi isə 1940-cı il aprel ayının 28-də reallaşmışdır.
Samur–Dəvəçi kanalına suvarma suyu bəndsiz–baş qurğusuz verilirdi. Onun Abşeron yarımadasına qədər ikinci növbəsinin tamamlanması 1946-cı il üçün nəzərdə tutulmuşdu. Lakin İkinci Dünya müharibəsinin başlanması bu işləri dayandırdı. Buna görə də kanalın ikinci növbəsi 1951–1955-ci illərdə başa çatdırıldı və onun Abşerona qədər 86,3 kilometr hissəsi torpaq məcrada uzadıldı.
Onu da qeyd edim ki, 1957-ci ildə Samur çayı üzərində hidroqovşaq, bir il sonra isə Ceyranbatan su anbarı tikilib istifadəyə verildi. Yeri gəlmişkən, 1960-cı ildə Bakı və Sumqayıt şəhərlərinin su təchizatını yaxşılaşdırmaq və Abşeron yarımadasında zeytunçuluğu inkişaf etdirmək məqsədi ilə Samur–Abşeron kanalında yenidənqurma işlərinə başlanıldı. Beləliklə, kanal bütünlüklə, yəni 182 klometr məsafədə beton üzlüyə alındı, üzərində onu qidalandırmaq üçün Qudyalçay və Vəlvələçay hidroqovşaqları, sudurulducular, nizamlayıcı qurğular, Sitalçay və Ceyranbatan nasos stansiyaları inşa edildi. Bununla da Samur–Abşeron kanalı mürəkkəb qurğulara malik mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyekti kimi fəaliyyət göstərməyə başladı.
Samur–Abşeron suvarma sisteminin 50 ildən artıq fasiləsiz–təmirə dayandırılmadan işləməsi nəticəsində onun beton üzlüyündə aşınmalar baş vermiş, kanalın üzərindəki sudurulducular öz fəaliyyətini dayandırmış və nəticədə, su itkisi xeyli artmışdı.
Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadası əhalisinin, habelə sənaye və kənd təsərrüfatının içməli, texniki və suvarma suyu ilə təmin etmək üçün Samur–Abşeron suvarma sistemində yaranan vəziyyət araşdırılmış və ən əlverişli variant kimi, onun yenidənqurulması təklif olunmuşdu.
Dahi öndər 1994-cü ildə Səudiyyə Ərəbistanında olarkən, İslam dünyasının ümummilli­ liderə böyük hörmət əlaməti olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Samur–Abşeron suvarma sisteminin yenidənqurulması sxeminin hazırlanmasına qrant ayırmışdı. Bu qrant hesabına beynəlxalq məsləhətçi şirkətlər tərəfindən 1996-cı ildə hazırlanan sxem 1997-ci ildə ölkə rəhbərliyi tərəfindən bəyənilmişdi.
Ümummilli liderin banisi olduğu “Samur–Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi”ndə nəzərdə tutulan işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlətimizin başçısı 2004-cü ilin iyun ayında Quba–Xaçmaz bölgəsinə səfəri zamanı Samur–Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi üzrə həyata keçirilən işlərlə, o cümlədən Xanarx kanalının tikintisi ilə tanış olmuş və gələcəkdə bu istiqamətdə tədbirlərin yüksək keyfiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2005-ci il sentyabrın 1-də respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilən müşavirədə dövlət başçısı Samur–Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinin Dövlət Neft Fondunun vəsaiti ilə davam etdirilməsi, 2008-ci il aprelin 29-da isə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair iclasda layihə üzrə aparılan işlərin əhəmiyyətini nəzərə alaraq, bu sahədə daha böyük tədbirlərin görülməsi barədə tapşırıq vermişdi. Bu məqamda onu da vurğulamaq istərdim ki, ölkə rəhbərinin 2007-ci il noyabrın 8-də respublika iqtisadiyyatının inkişafında mühüm önəm daşıyan su anbarının su elektrik stansiyası ilə birlikdə təməlqoyma mərasimində iştirakı dövlət başçısının bu sahəyə böyük diqqət və qayğısının bariz ifadəsi idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə İslam İnkişaf və Dünya banklarının kreditləri ilə 2006-cı ildə Xanarx kanalının tikintisi, Samur–Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və Samur çayı üzərində yerləşən hidroqovşağın bərpası, həmin çayın yaxınlığında baş durulducunun inşası, eləcə də 60 min hektar suvarılan torpaqlara xidmət edən, uzunluğu 186 kilometr olan təsərrüfatlararası kanalların yenidənqurulması başa çatdırıldı. Həmçinin 2007-ci ildə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC fondlarının kreditləri hesabına Samur–Abşeron kanalının 50-ci kilometrliyinədək hissəsində yenidənqurma işləri yekunlaşdırıldı.
Vəlvələçay–Taxtakörpü kanalının birinci mərhələsinin 2011-ci il avqust ayının 15-də keçirilən açılış mərasimində iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, Taxtakörpü su anbarı bəndində, enerji tunelində və SES-də aparılan tikinti işlərinin gedişi ilə tanış olaraq, bu tədbirlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini vermişdir.
Yeri gəlmişkən, burada idarəmizin həyatında unudulmayacaq bir tarxi hadisəni də xatırlatmaq istərdim. Belə ki, 2013-cü il sentyabrın 23-də möhtərəm Prezidentimiz İlham Əliyev Taxtakörpü su anbarının və 109,33 kilometr uzunluğundakı Taxtakörpü–Ceyranbatan magistral kanalının istifadəyə verilməsi mərasimində iştirak etmiş, bu obyektləri ölkənin su təsərrüfatı sahəsinə xidmət göstərən infrastruktur layihəsi kimi çox yüksək qiymətləndirmişdir.
Bakı–Sumqayıt şəhərlərinin və Abşeron yarımadası əhalisinin sosial həyatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət daşıyan və ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarında ümumi gücü 25 MVt olan 3 ədəd turbin quraşdırılmışdır. Xatırladım ki, SES binasında və açıq paylayıcı qurğuda əsasən Almaniyadan və digər xarici dövlətlərdən gətirilən avadanlıqlar işə salınmışdır.
Samur–Abşeron suvarma ­sisteminin yenidənqurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının tikintisinin və digər işlərin başa çatdırılması ilə su elektrik stansiyasında ildə 128 milyon kilovatsaat enerji istehsal olunmasına və kanal üzərindəki mövcud Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğvi ilə əlaqədar ildə 13-15 milyon manatdan artıq elektrik enerjisinə qənaət edilməsinə, eyni zamanda, Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının, habelə Abşeron yarımadasının əhalisinin içməli su təchizatının, 150 min hektar mövcud suvarılan sahələrin su təminatının yaxşılaşdırılmasına, 31 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinə, həmçinin regionun ekoloji vəziyyətinin sağlamlaşdırılmasına imkan yaranmışdır.
Taxtakörpü su anbarının doldurulması, əsasən, Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur çayı üzərində tikilən Samurçay hidroqovşağı vasitəsilə həyata keçirilir. Bu çayın su ehtiyatlarının istifadəsinin nizamlanması Azərbaycan və Rusiya hökumətləri arasında 3 sentyabr 2010-cı il tarixdə imzalanan sazişə uyğun reallaşdırılır. Sazişin icrası üçün Birgə Komissiya və İşçi Qrupları yaradılmışdır.
Son illər Samur çayının su ehtiyatlarının azalmasını nəzərə alaraq, Azərbaycan ərazisində formalaşan Qusarçay, Qudyalçay, Qaraçay, Caqacuqçay və Vəlvələçay çaylarında hidroqovşaqlar və qidalandırıcı kanallar tikilməklə Samur–Abşeron kanalına əlavə suyun verilməsi təmin edilmişdir.
Xatırladım ki, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən layihənin tələblərinə uyğun olaraq, Taxtakörpü su anbarında suyun tam həcmdə doldurulması ­2017-ci­ il iyunun 15-də, Qurtuluş Günü ərəfəsində başa çatdırılmışdır. Yeri gəlmişkən, su anbarı 2018-ci ildə təkrarən doldurulmuşdur.
Taxtakörpü və Ceyranbatan su anbarlarını qidalandıran Taxtakörpü–Ceyranbatan magistral kanalının əhəmiyyətinin əsas amilindən biri də odur ki, Ceyranbatan gölünə şəffaf su öz axımı ilə enerji istifadə edilmədən verilir. Qeyd etmək istərdim ki, Ceyranbatan su anbarının lillənməsinin və faydalı həcminin azalmasının qarşısı da alınmışdır.
Son illərdə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su ehtiyatı hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarım­adasının, ölkənin şimal zonasının əhalisi, sənayesi və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur. Su anbarında bu müddətdə 2 milyard 228 milyon kubmetr su toplanmışdır ki, onun da 2 milyard 153 milyon kubmetri istifadə olunmuşdur. Bu suyun isə 1 milyard 771 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatı məqsədi ilə istifadə edilmişdir.
Burada bir məqamı da diqqətə çatdırmağı zəruri bilirəm. Əgər Prezident İlham Əliyevin rəhbərliyi ilə Taxtakörpü su anbarı vaxtında tikilib istifadəyə verilməsəydi, son illər ərzində şimal bölgəsinin çaylarında baş verən azalmanın təsirindən Bakı, Sumqayıt şəhərlərinin, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələrinin su təminatında yaranan təhlükəli vəziyyəti və baş verə biləcək sosial gərginliyi təsəvvür etmək mümkün deyildir.
Bu ilin 9 ayı ərzində Samur və digər çaylardan 488,6 milyon kubmetr həcmində su götürülməsinə baxmayaraq, yenidən qurulmuş sistem vasitəsilə şimal bölgəsi rayonlarına 359,5 milyon kubmetr həcmində suvarma suyu verilmiş və Ceyranbatan su anbarına 231,8 milyon kubmetr su ötürülmüşdür. Hazırda Taxtakörpü–Ceyranbatan magistral kanalı vasitəsilə Ceyranbatan su anbarına saniyədə 10,5 kubmetr həcmində su çatdırılır. “Azərsu” ASC isə Ceyranbatan su anbarından əhalinin su təchizatının təmin edilməsi üçün Ceyranbatan su anbarından saniyədə 14 kubmetr həcmində su götürür.
Cari il aidiyyatı dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə Taxtakörpü su anbarı bəndinin dayanıqlığı yoxlanılmış, onun layihəyə uyğun istismar edildiyi və dayanıqlığının etibarlı olduğu müəyyənləşdirilmişdir.
Hazırda Meliorasiya və Su Təsərrüfatı ASC-nin köməyi sayəsində Samur–Abşeron suvarma sistemində, eyni zamanda, Taxtakörpü su anbarının qurğularında təmir işləri aparılır. Anbarın ətrafının abadlaşdırılması diqqət mərkəzində saxlanılır. Obyektin ekoloji təmizliyi üçün onun ətrafında 100 mindən artıq müxtəlif bəzək kolları və ağaclar əkilmişdir.
Sonda onu da vurğulamaq istərdim ki, əhali həyat mənbəyi olan çayların, su anbarlarının və suvarma kanallarının ekoloji təmizliyinin, şirin su mənbələrinin qorunmasına, onların təbii landşaftının pozulmasının qarşısının alınmasına qayğı ilə yanaşmalıdır. Hazırda dünyada milyonlarla insanın şirin–içməli su üzünə həsrət qaldığı bir dövrdə bu məsələ daim diqqətdə saxlanılmalıdır.
Ulu öndərimizin ideyaları əsasında möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inşa edilmiş Samur-Abşeron suvarma sistemi və Taxtakörpü su anbarı xalqımıza bəxş olunan ən qiymətli sosial layihələrdən biridir.
Biz melioratorların ən ümdə vəzifəsi isə bu əhəmiyyətli obyektin normal istismar edilməsini, əhalinin ehtiyaclarını ödəmək üçün belə bir əbədi həyat mənbəyinin qorunmasını və davamlı fəaliyyətini təmin etməkdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər