Bakıya elektriklə işləyən taksilər gətirilir

Bakıya elektriklə işləyən taksilər gətirilir


Yeni taksilər android sistem, brayl əlifbası, taksometrlər, post terminalla təhciz edilib

İlin ilk 3 ayı ərzində Bakıya 100 ədəd elektriklə işləyən taksi avtomobilləri gətiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, gətiriləcək avtomobillər hibrit deyil, elektromobil taksilərdir. “Hal hazırda ölkəyə nümunə üçün bir ədəd avtomobil gətirilib”.

Elektromobil taksilərlə yanaşı, köhnə avtomobillər, yəni TX4 markalı taksilər də fəaliyyətlərinə davam edəcəklər.

Elektromobil taksilər TX5 markalı avtomobillərdir. Yeni taksilərin köhnə (TX4) markalı taksilərdən fərqli cəhətləri var. TX5 markalı yeni taksilərin rahatlığı tam təmin etmək üçün altı nəfərlik geniş salonu var. Bu taksilərdə Android sistemi, brayl əlifbası, taksometrlər, post terminal cihazları quraşdırılıb, sensor sistemlərlə təchiz olunub. /istipress.com/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər