Cavid Rəhimov: Göyçay şəhər bələdiyyəsi şəhərin abadlaşdırılmasında fəal iştirak edir

Cavid Rəhimov: Göyçay şəhər bələdiyyəsi şəhərin abadlaşdırılmasında fəal iştirak edir


Hər il olduğu kimi Göyçay şəhər bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və bələdiyyənin 2019-cu il İş planına uyğun həyata keçirmişdir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Göyçay şəhər sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.

Göyçay şəhər bələdiyyəsi öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.

Göyçaylılar 2019-cu ildə öz əksini tapmamış nöqsanların aradan qaldırılması üçün 2020-ci ildə daha yaxşı işləmək üçün Göyçay şəhər bələdiyyəsinin adından söz verir və öz fəaliyyətimizi Azərbaycan Respublikası Qanunları üzərimizə qoyduğu və Göyçay RİH baçısının tövsiyyəsi və seçicilərimizin tələblərini nəzərə alaraq bütün qüvvəmizi səfərbər edərək öhdəsindən gəlməyə çalışacayıq.

Göyçay şəhəri gündən-günə gözəlləşir. Şəhərin təmiz qalmasında, parkların, fontanların, tarixi abidələrin qorunub saxlanmasında, təmirində, daha geniş layihələrin həyata keçirilməsində Göyçay şəhər bələdiyyəsinin əzmlə işləməsi üçün əmlak və torpaq vergilərinin vaxtında ödənilməsinin təmin olunmasında yaxından köməklik göstərməyinizi xahiş edirik!


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimovdur.

Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Cavid Rəhimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Cavid Rəhimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Cavid Rəhimovdan danışdılar yaxşı ki, Cavid Rəhimov Göyçay şəhər bələdiyyəsinin sədri təyin olunub… Cavid Rəhimov öz isguzarlığı ilə tanınır və seçilir….

Cavid Rəhimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Cavid Rəhimovu heç vaxt əqidəsindən döndərə bilməz.

Cavid Rəhimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Cavid Rəhimov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Cavid Rəhimov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Cavid Rəhimovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Cavid Rəhimov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Cavid Rəhimov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Göyçay şəhər bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Göyçay şəhər bələdiyyəsinə sədr gəldiyi gündən Cavid Rəhimov vəzifəsini daşıdığı Göyçay şəhər bələdiyyəsində görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün işlərdə Cavid Rəhimov özünü doğruldub. Bizdə hörmətli Cavid Rəhimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər