Niderlandlı baş nazir parlamentdə yerləri sildi — QƏHVƏ DAĞITDIĞI ÜÇÜN + VİDEO

Niderlandlı baş nazir parlamentdə yerləri sildi — QƏHVƏ DAĞITDIĞI ÜÇÜN + VİDEO














Hollandiyanın baş naziri Mark Rutte təqdirəlayiq addımı ilə dünya mətbuatının gündəminə düşüb.
Buna səbəb onun yerə dağıtdığı qəhvəni özü təmizləməsi olub. Belə ki, Rutte Demokratlar 66 Partiyasının lideri Aleksandr Peçtold ilə birlikdə parlamentdəki iqtidar kulisinə gedərkən əlindəki qəhvəni yerə dağıdıb. Bundan sonra o, ətrafda olan işçilərə “parça kimi bir şey varmı?” deyə sual verib. Təmizlik işçilərinin gətirdiyi parçayla yeri silən baş nazir bununla da yetinməyib. O, bir başqa parçayla da qəhvənin sıçradığı stolları silib.

Təmizlik işçiləri onun bu addımına alqışlarla cavab verib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər